Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“WhatsApp” əfsanəvi əməliyyat sistemini dəstəkləməyəcək

“WhatsApp” şirkətinin nümayəndələri “Symbian” əfsanəvi əməliyyat sistemini dəstəkləməyəcəklərini  bəyan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “GSMArena” yazıb.
Tezliklə köhnə smartfon sahibləri məşhur mesencerə çıxışdan məhrum olacaqlar.
“Symbian” vasitəsilə “WhatsApp”dan istifadə edənlər artıq məyusedici məktubu alıblar.
“Təəssüf ki, siz 31 dekabr 2016-cı ildən sonra “WhatsApp”dan istifadə edə bilməyəcəksiniz. Belə ki, “WhatsApp” sizin telefonu dəstəkləmir”, – ismarışda deyilir.
Bu isə ödənişsiz mesencerdən istifadə etmək üçün altı aydan da az vaxtlarının qalması deməkdir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ünvanlı sosial yardımlar ləğv ediləcək

%d bloqqer bunu bəyənir: