Washington Post-un jurnalisti İranı məhkəməyə verir


Washington Post qəzetinin Tehranda müxbiri olmuş Jason Rezaian 18 aylıq həbsi zamanı dəymiş “düzəlməz ziyana” görə İran hökumətini məhkəməyə verir.

İddiada qeyd olunur ki, cənab Rezaian “işgəncə və digər qəddar münasibətlərə” məruz qalıb.

O iddia edir ki, İran ABŞ-la nüvə proqramına dair danışıqlar zamanı “güzəştlər əldə etmək üçün onu girov saxlayıb”.

Jurnalistin həyat yoldaşı Yeganə Salehi də 72 gün həbsdə saxlanılıb.

Rezaian və xanım Salehi 2014-cü ilin 22 iyul tarixində Tehranda, təhülkəsizlik qüvvələrinin onların evində axtarış aparmasından sonra həbs ediliblər.

Jurnalist casusluqda ittiham edilərək gizli mühakimə edilib. (BBC azeri)

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

ABŞ-ın ən zəngin insanları – SİYAHI

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: