Loading...
Loading...

Vüsal Novruzov üçün çalışan medianın dərdi: “XAİNİ KİMDİR?…”

vusal novruzov

Vüsal Novruzov

Bakı baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun bir sıra aparıcı media quruluşları ilə əməkdaşlıq etməsinə dair məlumatlar almışıq. 24saat.org-a verilən məlumata görə, konkret olaraq Vüsal Novruzovun maliyyə dəstəyi ilə fəaliyyət göstərən bir neçə xəbər istehsalçısı var ki, onlar birbaşa olaraq gömrük generalının mediadakı sözçüləridir. Daxil olan məlumata görə, Vüsal Novruzovun maliyyəsi hesabına ayaqda duran həmin media quruluşları onun sifarişi ilə bir sıra məmurlar haqda “qara piar” kampaniyası aparmaqdadır. Başqa sözlə, Vüsal Novruzov rəqabətdə olduqları məmurlar haqda mənfi ictimai rəy formalaşdırmaqla onların zəifləməsinə və nəticə etibarilə “vurulmasına” çalışır.

24saat.org-a daxil olan məlumatda həmçinin vurğulanır ki, indi Vüsal Novruzov həmin mətbu orqanların rəhbərlərinə daha bir “döyüş tapşırığı” verib. Belə ki, onlara mətbuatda Vüsal Novruzov haqda yer alan tənqidi materialların sifarişçilərinin müəyyənləşdirilməsi tapşırılıb. Gömrük generalının haqqında yazılanlardan bərk narahatlıq keçirdiyini iddia edən mənbəmiz bildirir ki, Vüsal Novruzov bunun rəqibləri tərəfindən təşkil olunmuş kampaniya olduğuna əmindir. Maraqlıdır bəs Vüsal Novruzovun narahatlığına səbəb olan həmin informasiyalar hansılardır?

24saat.org həmin informasiyaların bir qismini oxucularına təkrarən təqdim edir. Beləliklə…

Xatırladaq ki, bir sıra xəbər saytlarında Vüsal Novruzovun qumar həvəskarı olması, hətta sonuncu dəfə Gürcüstandakı kazinolarda milyonlarla pul uduzduğu haqda məlumatlar dərc olunub.
Eyni zamanda onun ölkədəki mərmər biznesinə, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsinə, bu məqsədlə yaradılmış “Aqroazerinvest” şirkətinin idarə olunmasına, habelə daha bir neçə iri biznes sahələrinə nəzarət etməsi bildirilir.

Vüsal Novruzov həmçinin dekorativ ağac biznesini də nəzarətdə saxlayır. Son illərin ən qazanclı biznes sahələrindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlərlə əldə etmək mümkündür. Təkcə palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyini təxmin etmək çətin deyil.
Bundan başqa, hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda vəsait büdcədən yayındırılır, həm də böyük məbləğdə “şirinlik” almaq üçün imkan yaradılır. Əgər sahibkar Rusiya və ya Ukraynadan məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumundan əlavə ödəniş etsin. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Bu zaman birbaşa “Aqroazerinvest” şirkətinə istiqamətləndirilirlər.
Şirkət Bakı Baş Gömrük İdarəsində bu kimi işləri həyata keçirir. Odlar Yurdu Universitetinin yaxınlığında qərarlaşmış bu şirkətin işi əlaqələndirməkdir. Xaricdən mal gətirənlər şirkətə üz tutur və üzləşdikləri problemləri bəzi maraqların təmin edilməsi müqabilində yoluna qoyurlar.
Vüsal Novruzovun həmçinin sement satışında da böyük paya sahib olduğu bildirilir. Deyilənə görə, respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması Bakı Baş Gömrük İdarəsi rəisinin sərəncamındadır. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Şirkətin ölkəyə gətirdiyi sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə istifadə olunur. Bakı Gömrük İdarəsində vətəndaşları qəbul edən rəis isə ölkəyə bir kisə belə sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir.
İdarə rəisinin bundan başqa qonşu Gürcüstanda iri ticarət obyektləri fəaliyyət göstərir. Generalın Tiflisə tez-tez səfər etməsi həm bununla, həm də digər məsələlərlə bağlıdır. İdarə rəisinin ölkə daxilindəki biznes obyektlərinin isə sayı-hesabı yoxdur. Onun Novxanıda iki bağ evi var. O həm də maşın həvəskarıdır. Bağ evinin həyətində dayanan avtomobillərin ümumi dəyəri bəlkə də 1 milyon manatdan çoxdur.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Tofiq Yaqublu : “ Milli Şuranı Rusiyanın layihəsi adlandırmaq tam absurddur ”

Loading...
%d bloqqer bunu bəyənir: