Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vladimir Rıjkov: ”Rusiya özündən başqa hamını yedirir”

Rusiya siyasətçisi, demokratik qüvvələrin təmsilçiilərindən Vladimir Rıjkov “Azadlıq radiosu”nun Moskva bürosuna müsahibəsində Rusiya hökumətinin xarici və daxili siyasətini tənqid edib.

Rıjkov Rusiya hökumətinin xarici siyasi layihələrə külli miqdarda pul ayırdığını, lakin eyni “şəfqəti” öz daxili regionlarına göstərmədiyini bildirib.

“Sadə bir sual vermək istəyirəm, hansı əsasla federal hökumət son üç ildə mənim doğma Altayımdan (Altay diyarı-red.) 15 milyard rubl pulu kəsib. Aydındır, Krım, Donbas… başa düşürəm ki, təkcə bu il büdcədən 120 milyard rubl utanmadan “xarici ölkələrdə humanitar əməliyyatlar” adı altında paylanılıb.

Jurnalist Mixail Sokolovun “yəni Donabsa yedizdirlib” sualına cavab olaraq Rıjkov deyib: “Təkcə Donbas olsaydı, nə vardı. Hazırda Rusiya Federasiyasının hesabına dolanan 10-a yaxın anklav var – Abxaziya, Cənubi Osetiya, Dnestryanı… Biz Qırğızıstana, Tacikistana böyük yardımlar edirik, hər il Belarusa 4-6 milyard pul buraxırıq…. 20 il ərzində Lukaşenko Belarusuna 80 milyarddan çox pul verilib. Bu pullar qaytarılmadan silinib. Biz Özbəkistanın bizə olan 1 milyard borcunu sildik, Küveyt və Qatara olan borclarımızı isə qəpiyinə kimi geri qaytardıq”.

Bununla bərabər Rıjkov doğulub böyüdüyü Altayda isə insanların yaşayışlarının acınacaqlı olduğunu, vilayət infrastrukturunun, yolların, uşaq bağçalarının bərbad vəziyyətdə olduğunu söyləyib. Rusiyalı siyasətçi bu vəziyyətin Rusiyanın bütün regionlarında müşahidə edildiyini bildirib.

Xatırladaq ki, Vladimir Rıjkov Rusiyanın Putin rejiminə qarşı demokrat müxalifətinin öncül isimlərindəndir. O olduqca gənc (25) yaşda 1991-ci ildə Altay diyarının administrasiya rəhbərinin müavini olub və bu vəzifəni 1993-cü ilə qədər daşıyıb.

Daha sonra o, Rusiya Dövlət Dumasının 4 çağırışı (1993-2007) üzrə deputatı olub. 1997-1999-cu illərdə Rusiya Dövlət Dumasının sədrinin 1-ci müavini seçilib.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Polad Bülbüloğlu status-kvo və Ermənistanın “çirkli bomba”sı haqda

%d bloqqer bunu bəyənir: