Loading...
Loading...

Vladimir Putin həbs olundu – VİDEO

ABŞ mətbuatı Florida ştatının Uest-Palm- Biç şəhərində supermarketdə Vladimir Putininin həbs edilməsi barədə məlumat yayıb.

Oxu.az ABC telekanalına istinadən xəbər verir ki, Rusiya prezidentinin qaradərili adaşı dükana daxil olaraq satıcıların üstünə qışqırmağa başlayıb.

Supermarketin işçiləri hadisə yerinə polis əməkdaşlarını çağırıblar. V.Putin hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, lakin polislər onu sakitləşdirməyi bacarıblar.

Qanun pozucusu sentyabrın 5-də məhkəmə qarşısına çıxarılacaq.

Telekanal qeyd edir ki, saxlanılan şəxsin Rusiya lideri ilə heç bir əlaqəsi yoxdur.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dünyanın ən yaşlı insanı – 1992-ci ildən ölümünü gözləyir – FOTOLAR

%d bloqqer bunu bəyənir: