Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vladimir Putin Azərbaycan prezidentinin Qarabağ haqqında söylədiklərini şərh etməkdən boyun qaçırdı

Rusiya prezidenti Vladimir Putin Azərbaycan pezidenti İlham Əliyevin Ermənistanın Dağlıq Qarabağdakı bir neçə rayona nəzarəti Azərbaycana qaytarması barədə öhdəlik götürməsi haqqında bəyanatını şərh etməkdən boyun qaçırıb.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, erməni jurnalistin sualına cavab verərkən Putin deyib: “İlk öncə, güman edirəm ki, həmkarlarımın, o cümlədən Azərbaycandakı, Ermənistandakı və hər hansı bir ölkədəki həmkarlarımın bəyanatlarını şərh etmək mənim vəzifələrimə daxil deyil. Düşünürəm ki, əgər siz daha dolğun bir arayış almaq istəyirsinizsə, bu və ya digər məlumatın bilavasitə müəllifinə müraciət etməlisiniz”.

Bununla birlikdə, Rusiyanın dövlət başçısı qeyd edib ki, “bu kifayət qədər mürəkkəb iş çərçivəsində bütün fəal diplomatik vasitələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunur ki, hər hansı sorğular müəyyənləşdirilsin və sorğu mövqeləri formalaşdırılsın”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiya ilə Türkiyə Suriya üzrə komissiya yaradıblar

%d bloqqer bunu bəyənir: