Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
vkontakte.jpg

VKontakte öz mobil rabitə operatorunu yaradır

“VKontakte” şirkətinin rəhbərliyi yaxın gələcəkdə “VKmobile” adlanan yeni mobil rabitə operatorunu işə salmağa hazırlaşır.

24saat.org lent.az-a istinadən xəbər verir ki, yeni şəbəkə artıq bu ilin sonuna və ya gələn ilin əvvəlinə fəaliyyətə başlaya bilər.

Brendin tətbiqi üçün “VKontakte” “Meqafon”dan infrastruktur icarəyə götürəcək. Artıq indidən operatorun rəsmi saytı olan “VKmobile.me” resursu qeydiyyatdan keçib.

“VKmobile.me”də maraqlı yeniliklərdən biri bu olacaq ki, mobil rabitə xidmətinin təqdim edilməsi sosial şəbəkənin işi ilə bağlı olacaq. Misal üçün, bir çox hallarda abunəçilərə hər hansı reklam birliklərinə daxil olma];n və ya reklam yazısını “like” etməyin müqabilində pulsuz zənglər və SMS-lər almağı təklif edəcəklər.

Hazırda adıçəkilən məlumat nə “VKontakte”nin, nə də “Meqafon”un nümayəndələri tərəfindən təsdiq olunmur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanlı əsirlərin 20 ildən sonra görüntüləri yayıldı – Video

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: