Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vitaly Mutko qadağaya əsas görmür

“Rusiya dopinqlə mübarizə aparır və Rusiya millisinin Braziliyada keçiriləcək olimpiya oyunlarına buraxılmamasına əsas görmürəm”.

Bunu mayın 24-də Rusiyanın idman naziriVitaly Mutko deyib.

O bildirib ki, dopinqə görə cəza həmişə fərdi olmalıdır və Bu qanunu pozan şəxs və ya idmançılar cəzalandırılmalıdırlar.

Mutko bundan başqa biz əlavə öhtəlik götürdüklərini bildirib.

Həmin öhtəliyə görə Olimpiyadaya gedə bilən bütün heyət üzvlərinin hər biri azı 3 dəfə təkrar dopinq-testindən keçməlidirlər.

Qeyd edək ki, Rusiyanın yüngül atletika federasiyası hazırda Beynəlxalq Antidopinq Agentliyi-nin qərarı ilə beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Əgər qərar ləğv edilməsə Rusiyanın yüngül atletika yığması 2016-cı ildə Rio de Janeyroda keçiriləcək olimpiyadaya gedə bilməyəcək.

Rusiyanın Olimpiya komitəsi bundan 2008-ci il Pekin Olimpiadasında 14 rusiyalı atletin analizlərində dopinq aşkarlanması barədə məlumat yayıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rusiya Suriyanın adını dəyişir

%d bloqqer bunu bəyənir: