Visente Del Boske baş məşqçi postundan getdi

İspaniya Futbol federasiyası milli komandanın 65 yaşlı baş məşqçisi Visente Del Boskenin öz vəzifəsini rəsmən tərk etməsi haqqında açıqlama edib.

24saat.org-un Trend-ə istinadən verdiyi məlumata görə, federasiyanın prezidenti Anhel Mariya Vilyarın sözlərinə görə, Boske daha bu vəzifədə qalmaq istəmədiyini deyib. Məşqçiyə federasiya daxilində vəzifə təklif edilib və o bu təklifi qəbul edib. Keçmiş baş məşqçinin hansı vəzifəni tutacağı yaxın vaxtlarda məlum olacaq.

V.D.Boskenin müqaviləsi iyulun 31-nə qədər idi. Lakin Fransada keçirilən Avropa Çempionatında İspaniya millisi 1/8 finalda İtaliyaya uduzub, turniri tərk etdikdən sonra məşqçi müqavilənin bitməsini gözləməyəcəyini açıqlamışdı.
V.D.Boskenin rəhbərliyi ilə İspaniya millisi 2010-cu ildə Dünya çempionu, 2012-ci ildə Avropa çempionu olub. 2012-ci ilin yekunlarına görə, FİFA onu ən yaxşı məşqçi seçmişdi.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

İstedadlı ukraynalı futbolçu Mançesterdə

%d bloqqer bunu bəyənir: