Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vilayət Eyvazov “Bandotdel”də Cahangir Hacıyevə ittiham oxuyur

Az əvvəl aldığımız məlumata görə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov və nazirliyin istintaq idarəsinin müstəntiqləri, habelə prokurorluq orqanlarının əməkdaşları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasındadır.

Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, idarədə Vilayət Eyvazovun rəhbərliyi ilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yekun ittihamın elan edilməsi üçün müşavirə keçirilir. Yekun ittihamın az sonra C.Hacıyevə elan olunacağı gözlənilir. C.Hacıyev iri məbləğdə mənimsəmədə  və dələduzluqda ittiham olunur. Lakin yekun ittiham aktında ona qarşı hansı maddənin irəli sürüləcəyi haqda məlumat yoxdur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Ermənistanla müharibə qaçınılmaz ola bilər”

%d bloqqer bunu bəyənir: