Loading...
Loading...
64448

Vidadi Zeynalov ibtidai istintaqda MTN generalları ilə üzləşdirilib

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovla MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəisi, general-mayor Teymur Quliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə ibtidai istintaqa ifadə veriblər.

APA-nın məlumatına görə, S. Qurbanov ifadəsində bildirib ki, Vidadi Zeynalov hər ay mütəmadi olaraq ona pul göndərməyib. Lakin ondan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş edib. Həmin hədiyyələri ona sürücüsü Ramil adlı şəxs gətirib və o, hədiyyələrin dəyərini ödəyib. 
S. Qurbanovun sürücüsü Ramil Əliyev isə şahid kimi ifadəsində göstərib ki, S. Qurbanovun tapşırığı ilə ayda bir dəfə V. Zeynalovun yanına gedib və ondan içərisində külli miqdarda pul olan sellofan paketi alaraq S. Qurbanova verib. Bu 3-4 il davam edib. Sonuncu dəfə 2015-ci il oktyabr ayında paketi alıb S. Qurbanova verib.
MTN Monitorinq Mərkəzinin həbsdə olan rəisi Teymur Quliyev isə ifadəsində V. Zeynalovu 20-25 ildir tanıdığını, onunla müxtəlif məclislərdə görüşüb söhbət etdiyini, ondan nəsə tələb etmədiyini və almadığını deyib.
İstintaq zamanı V. Zeynalov S. Qurbanov və T. Quliyevlə üzləşdirilib.
V. Zeynalov 3-3,5 il ərzində S. Qurbanova hər ay 100.000 ABŞ dolları, T. Quliyevə isə 2013-cü ilin ortalarından başlayaraq hər ay 50.000 dollar göndərməsini onların üzünə deməklə bir daha təsdiq edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İlham Əliyevin oğlu Heydər Əliyevin prezident olacağı sualına cavabı: “Mənim oğlum …”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: