Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vidadi İsayev, ştatdankənar katibə, gizli otaq, “saçyoldu” və…

Son aylar Bərdə rayon icra başçısı Vidadi İsayevin ətrafında yaranmış problemlər səngimək bilmir. İcra başçısı xasiyyətcə yumşaq biri olsa da, ətrafında daha sərt məmurların olması və anlaşılmazlıqların baş verməsi Vidadi İsayevin özünü çətin vəziyyətə salıb.

24saat.org saytının elektron poçtuna daxil olan məlumatda bildirilir ki, cənab İsayevin əsas problemlərindən biri onun müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskayadır. Poçtumuza daxil olan məlumatda iddia olunur ki, Bərdədə hər kəs icra başçısının Şadlinskyanı nəyə görə müavin vəzifəsinə gətirməsini yaxşı bilir. Daha sonra isə inanılması güc olan məqamlar bir-birini əvəz edir. İddiaya görə, son aylar Vidadi İsayevin digər yaxın adamı olan, keçmiş köməkçisi hazırda icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini daşıyan Zaur Bəylərovla Fəqət Şadlinskyanın arasında ciddi problemlər yaranıb.
24saat.org-a daxil olan ilginc məlumata görə, təxminən 1 ay bundan öncə Vidadi İsayevin kabinetində əməlli-başlı saçyoldu davası baş verib. Bu davanın iştirakçılarından biri Fəqət Şadlinskya, digərisə Zaur Bəylərovun qaynansının olduğu bildirilir. Məlumatı saytımıza ötürən mənbəmiz qeyd edir ki, icra başçısının xanım müavini şöbə müdirinin qaynanasını başçının otağından sürüyərək çıxartmaq istəyib. Lakin səs-küyün böyüdüyünü görən Vidadi İsayev Zaur Bəylərovun qaynanasını Fəqət xanımın əlindən zorla almağa müəssər olub.
İnformasiya mənbəmiz qeyd edir ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin “ştatdankənar” katibəsi işləyir. Belə ki, şöbə müdirinin qaynanası üçün icra başçısının otağının yanında yeni bir otaq tikilib və “ştatdankənar” xanım katibə burada icra başçısı üçün yemək-içmək məclisi düzəldir. Digər məlumatda isə deyilir ki, şöbə müdirinin qaynanası başçının və icra hakimiyyətinə gələn şəxslərə nəzarət etmək üçün otağında manitor quraşdırıb.
Baş verənlərlə bağlı 24-saat.org-u məlumatlandıran mənbəmiz əslində, icra hakimiyyətinə gələnlərin izlənməsini Vidadi İsayevin göstərişi olduğunu dedi. Əslində, başçının bu məsələdə fikrinin tamam başqa bir şey olduğunu və şöbə müdirinin qaynanasının da Vidadi İsayevin bu marağını yüksək səvəyyədə təmin etdiyini iddialar arsındadır. Yəni başçının “ştatdankənar” katibəsi üzərinə düşən məsuliyyətli işin öhdəsindən lazımınca gəlir. İcra başçısının kabinetində baş verən davanın da məhz “ştatdankənar” katibənin Vidadi İsayevin yanında nüfuzunun artması və Zaur Bəylərovunda bundan istifadə edərək icra başçısına təsir gücünü çoxaltmasından qaynaqlandığı iddia edilir.
Qeyd edək ki, Bərdə rayon icra başçısı Vidadi İsyevin kabinetinin yanında ştatdankəran katibəsi üçün hansı səbəbə, marağa görə otaq tikdirməsini və Fəqət Şadlinskya ilə yaranmış söz-söhbətin təfərrüatı ilə bağlı oxucularımıza daha geniş məlumat verəcəyik.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Başçı villa tikdirir, məktəbsə dağılır – Foto

%d bloqqer bunu bəyənir: