Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vergilər Nazirliyi paytaxt restoranlarını 15 günlük nəzarətə götürdü

Yüzlərlə restoran musiqiçisi işsiz qaldı

Vergilər Nazirliyi paytaxt ərazisində fəaliyyət göstərən iri restoranların hamısını 15 günlük nəzarətə götürüb.
Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, hər restorana 2-3 nəzarətçi təhkim edilib ki, onlar gün ərzində restorana nəzarət edir, günlük daxilolmalar əsasında nazirliyə verilən hesablamalarla real gəlir arasında müqayisələr aparır.
Mənbənin sözlərinə görə, vergi əməkdaşlarının 15 günlük təftiş qərarı ən çox restoranda çalışan musiqiçilərə zərər vurub. Belə ki, vergi əməkdaşlarının restoranlara gəlişindən sonra əksər restoranlar vergi orqanları ilə problem yaşamamaq, əlavə maliyyə itkilərinə məruz qalmamaq üçün musiqiçilərə 15 gün müddətinə restorana gəlməməyi tapşırıb.
Məlumatlı mənbənin bildirdiyinə görə, restoranların məcburiyyətdən doğan bu qərarı Ramazan ayı səbəbi ilə el şənliklərindən məhrum olan musiqiçiləri sözün həqiqi mənasında ağır vəziyyətdə qoyub. Avtomobilə malik sürücülərin bəzisinin məlum qərardan sonra taksi kimi fəaliyyətə başladığını bildirən mənbə, digər musiqiçilərin də 15 günlük fasiləni kompensasiya etmək üçün ən müxtəlif variantlara əl atdığını bildirib.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

«Yeltsin-in təklifini qəbul etməmək səhv idi»

%d bloqqer bunu bəyənir: