Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vergilər Nazirliyi ilə sahibkarların savaşı yenidən qızışır

Ekspertə görə sahibkarları sıxışdırmaqla nəyəsə nail olmaq taktikasından imtina etmək lazımdır

 

Vergi bazasının genişləndirilməsinin sahibkarlar üçün ciddi problem olacağı artıq indidən bəllidir. Çünki I.Əliyevin göstərişi əsasında büdcəni doldurmaq üçün vergi yığımını sürətləndirən nazirliyin bu fəaliyyətinin ciddi narazılıq doğuracağı məlumdur. Digər bir tərəfdən bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən iri supermarketlər dövlət başçısına müraciət ünvanlamışdı. Müraciətə səbəb Vergilər Nazirliyinin sahibkarların fəaliyyəti üçün əngəl yaratması idi.

Bəs, bu dəfə hansı proseslər yaşana bilər, sahibkarların nazirliklə qarşıdurması nə vəd edir?

Bir tərəfdən sahibkarların real vergiyə cəlb olunmasını tələb edən Vergilər Nazirliyi alınan qeyri-rəsmi haqları aradan qaldırmaq niyyətində deyil. Bu isə problemi daha da dərinləşdirir.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, Vergilər Nazirliyi özbaşına hərəkət etmir. Onların sadəcə olaraq tapşırığa əsasən hərəkət etdiyini deyən N.Əliyev vurğuladı ki, alınan rüşvət də tapşırıqla götürülür: “Bu cür fəaliyyət sahibkarlığın inkişafını daha da zəiflədəcəkdir. Ölkədə qeyri-neft sektorunda tənənzül daha da güclənəcək. Istehlak bazarında kiçilmə daha da böyüyəcək. Idxal böyüyəcək, ixrac azalacaq. Nəticədə dövlət büdcəsinə ödəmələr də azalacaq. Nəticədə Vergilər Nazirliyinin vergi bazasının genişləndirilməsi istiqamətində göstərdiyi fəaliyyət nəticəsiz qalacaq. Bu siyasətlə nəinki büdcəni doldura biləcəklər, əksinə sahibkarları daha pis vəziyyətə salacaqlar”.

N.Əliyevin sözlərinə görə, dövlət büdcəsinə gəlir, mənfəət vergisi üzrə daxil olmalar azalıb. Məsələn, yanvar ilə müqayisədə mayda gəlir vergisi üzrə daxil olmalar 48 faiz azalıb. “Bu necə ola bilər axı əmək haqqı alınarkən əməkdaşın maaşından pul tutulur. Necə olur mayda 48 faiz geriləmə olur. Bunun bir izahatı olmalıdır. Yaxud da ƏDV 30 faiz azalıb. Büdcəyə daxil olmalarda başqa istiqamətlər üzrə də oxşar vəziyyət var. Sahibkarları sıxışdırmaqla nəyəsə nail olmaq taktikasından imtina etmək lazımdır”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Ekspert: «Baş maliyyə nəzarətçisinin bu sözləri kobud qanun pozuntusudur»

%d bloqqer bunu bəyənir: