Vergilər Nazirliyi özünə 33 mərtəbəli bina tikdirir – FOTO


Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəlidir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.

Qeyd edək ki, SOCAR-ın rəsmi inzibati binası olan “SOCAR Tower”i də “Tekfen İnşaat” inşa edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Eldar Mahmudovla “Altes qrup”un əlaqləri haqda yeni məlumat

%d bloqqer bunu bəyənir: