Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vergi azalmalarının səbəbi nədir?

Samir Əliyev: «Vergidən gələn gəlirlərin azalması gözlənilən idi və bu azalma hələ bir müddət də davam edəcək»

Bu ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 849 942,5 min manat vəsait daxil olub. Bu, illik müqayisədə 6,2% azalma deməkdir. Bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, proqnoz tapşırığına 100,4% əməl edilib.

Hesabat dövründə 62 496 vergi ödəyicisi qeydiyyata alınıb.

Bu göstəricilər artıq problemlərin ciddiliyindən xəbər verir. Çünki sahibkarların sıxışdırılmasının fonunda vergilərin tam yığılmaması suallar yaradır.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, hazırkı dönəmdə vergilərlə bağlı yeni qaydalar tətbiq olunur. 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri bu sahəni liberallaşdırmaq tezisi altında aparılır. Amma bu fayda verəcəkmi?

Birinci istiqamət qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmağa yönəlib.

Eyni zamanda kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi. Bundan başqa, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi.

Vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (“Advance tax ruling”) qaydasının müəyyən edilməsi.

Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma (“Whistleblow”) mexanizminin hazırlanması.

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev hesab edir ki, vergidən gələn gəlirlərin azalması gözlənilən idi və bu azalma hələ bir müddət də davam edəcək. Bunun səbəbinin çox sadə olduğunu deyən S.Əliyev vurğuladı ki, ölkədə iqtisadi fəallıq aşağı düşüb, sahibkarların kreditə çıxışı məhududlaşıb, hətta qeyri-mümkün olub: “Sahibkarların üzərində böyük həcmdə dollarda olan kreditlər var. Onların qaytarılmasında böyük problem yaşanır. Digər tərəfdən, əhalinin alıcılıq qabiliyyətində aşağı düşmə var. Əhalinin real gəlirləri iki faizdən çox azalıb. Bütün bunlar ona gətirir ki, iqtisadi aktivlik aşağı düşüb. Bütün bunların da ziyanı dövlət büdcəsinə dəyir. Çünki dövriyyə azalanda ödənilən vergilər də azalır. Məhz bunun səbəbidir ki, vergi daxilolmalarında azalma var. Bu prose sbir müddət də bundan sonra davam edəcək”.

Vergilərlə bağlı bir sıra güzəştlərin tətbiq ediləcəyinə gəlincə, S.Əliyev vurğuladı ki, bu çox vacib amildir. Çünki bir qayda olaraq böhran dövründə hökumətlər iqtisadi aktivliyin aşağı düşməsinin qarşısını almaq üçün müxtəlif addımlar atırlar. Onlardan biri də vergi faizlərinin aşağı salınmasıdır. Heç bir halda vergilərin artırılmasına yol vermək olmaz. Çünki bu, qısamüddətli dövrdə vergi öhdəliklərinin yerinə yetiriləmsinə kömək etsə də, uzunmüddətli dövrdə bu, sahibkarlığı tam məhv edə bilər: “Bu baxımdan vergi sahəsində güzəştlərin davam etdirilməsi çox vacibdir. Xüsusilə bir sıra sahələrdə güzəştlərin tətbiq edilməsi çox vacibdir. Amma hər şey bununla bitmir. Əsas məsələ yenə də bizim fundamental problemlərimizdir. Inhisarın aradan qaldırılması əsas əngəllərdən biridir. Iqtisadiyyatda liberallıq yaranarsa, nəticə əldə etmək olar”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Neftin qiyməti ucuzlaşmaqda davam edir

%d bloqqer bunu bəyənir: