Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vaşinqtondakı səfirdən gözlənilməz açıqlamalar

elin-suleymanov

Elin Süleymanov

Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları ilə bağlı bildirib ki, ABŞ regionda “Türkiyə ilə Rusiya arasında qarşıdurmanın təsiri ilə” artan gərginliklə bağlı daha qətiyyətli addımlat atmalıdır.

Virtualaz.org xəbər verir ki, səfir bu haqda The Washington Times qəzetində dərc edilmiş məqaləsində danışıb. Onun məqaləsindən xülasələri “The Washington Post” qəzeti dərc edib.

Bununla belə səfir əlavə edib ki, Qarabağ münaqişəsi regionunda Rusiyann dəstək verdiyi Ermənistanla Türkiyənin müttəfiqi Azərbaycan arasında baş vermiş son toqquşmaların birbaşa Ankara-Moskva qarşıdurması ilə bağlı olduğuna əmin deyil. Lakin səfir qeyd edib ki, bu toqquşmalar regionda vəziyyətin necə gərgin olduğunu və hadisələrin hər an nəzarətdən çıxa biləcəyini göstərir.

Elin Süleymanovun sözlərinə görə, Obama administrasiyası bu günlərdə Rusiyanın regionda artan təsir imkanlarına cavab olaraq Azərbaycanla daha dərin tərəfdaşlıq əlamətlərini nümayiş etdirib. Bununla belə səfirin fikrincə ABŞ-ın regiona daha artıq diqqət göstərməsi vacibdir. O, Obama administrasiyasının Türkiyə ilə Rusiya, aprelin əvvəllərində isə Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşmalara real təsir göstərmək üçün nadir şansı əldən verdiyini qeyd edib.

Vladimir Putin

Vladimir Putin

Süleymanov deyib ki, həmin toqquşmalar zamanı prezident Obama deyil, Rusiya prezidenti Vladimir Putin situasiyadan istifadə etdi, özünü sülhməramlı vasitəçi kimi göstərdi, Dağlıq Qarabağ ətrafında atəşkəsi bərpa etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərini Moskvaya çağırdı.

“Bu gün aydındır ki, son iki həftə ərzində Rusiyanın regionda əsas diplomaik güc kimi statusu daha da artdı”-səfir bildirib. “Rusiya olduqca mühüm,  həlledici oyunçudur. Biz bunu gördük. Və son iki həftə ərzində biz Rusiyanın regionda əvvəllər olduğundan daha fəal iştirakına şahid olduq”-Elin Süleymanov əlavə edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Avropa Şurasının həmməruzəçisi Xədicə İsmayılla görüşdü

%d bloqqer bunu bəyənir: