Vaşinqton Suriya üzrə danışıqlarda İranın iştirakında maraqlıdır


Rəsmi Vaşinqton İran nümayəndə heyətinin sabah Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır. “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Biz İranın iştirakında maraqlıyıq, lakin əmin deyiləm ki, İran tərəfi görüşdə iştirakını təsdiqləyib”, – deyə M.Toner bildirib.

Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Türkiyədə hərbçilərlə PKK terrorçuları arasında atışma olub, yaralanan var

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: