Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vasif Talıbov keçmiş MTN şefindən niyə qorxdu?

İlham İsmayıl: «Əgər onun nəsə məlumat ötürə biləcəyi ehtimalı var idisə, əvvəlcədən qərar fərqli olmalıydı»

Xəbər verdiyimiz kimi Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində həbs qətimkan tədbiri seçilib. Həbsin səbəbi kimi V.Ələsgərovun ev dustağı ola-ola vəkili ilə skayp-la danışmağı göstərilib. Amma V.Ələsgərovun vəkilləri bəyan edir ki, məhkəmədə ev dustaqlığı haqda qərar həbs qətimkan tədbiri seçilib, özünü isə ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər.

Vüqar Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə Vəli Ələsgərovun həyatının təhlükədə olduğunu deyib.

Xatırladaq ki, V.Ələsgərov tutduğu postdan uzaqlaşdırandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələrlə ittiham elan olunub.

V.Ələsgərovun ev dustaqlığının həbslə əvəzlənməsi nəylə bağlıdır? Naxçıvan rəhbərliyi onun əlavə nəsə danışa biləcəyindən narahat ola bilərmi? Yaranmış vəziyyətdə daha bir sual odur ki, V.Ələsgərov MTN işi ilə bağlı həbs olunub. Belə olan təqdirdə eyni aqibəti MTN rəhbəri Eldar mahmudov niyə yaşamır?

ilham-ismayil

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, qanunda elə bir məqam yoxdur ki, V.Ələsgərov skaypla danışdığı üçün həbs oluna bilər. İ.İsmayılın sözlərinə görə, Breyvik 77 nəfərin həyatına son qoyub. Onun özünün internetə çıxışı olmasa da, o internet vasitəsilə prosesləri izləyə bilir: «Mənim Vəli Ələsgərova qarşı heç bir rəğbətim yoxdur. Buna səbəb onun indiyə qədər törətdikləridir. Amma kimliyindən asılı olmayaraq hər kəsin hüquqları qanun qarşısında müdafiə olunmalıdır. Görünür, Vəli Ələsgərovdan müəyyən şeyləri istəyirlər. Ona görə də istənilən alınana qədər bu proses davam edəcəkdir. Bir vaxtlar Vəli Ələsgərovun istifadə etdiyi metodlar onun başına gəlir».

V.Ələsgərov barəsindəki qərarın dəyişməsinə səbəbin onun müəyyən məlumtaları aça biləcəyi ilə bağlı ol biləcəyinə gəlincə isə, İ.İsmayıl vurğuladı ki, əgər onun nəsə məlumat ötürə biləcəyi ehtimalı var idisə, əvvəlcədən qərar fərqli olmalıydı: «Əgər proses elə mərhələdədir ki, istintaq materiallarının yayılmasına icarzə vermək olmaz, o zaman əvvəlcədən ev dustaqlığı qərarı seçilməməli idi».

E.mahmudova qarşı niyə həbs tədbirinin seçilməməsinə gəlincə isə, İ.İsmayıl bildirdi ki, bum əqam mətbuatda kifayət qədər araşdırılıb. «Eldar Mahmudovun həbsi üçün kifayət qədər əsas var. Amma görünür, bizim bilmədiyimiz kifayət qədər məqamlar var. Eldar Mahmudovun hələ də həbs olunmaması artıq hüquqi deyil, siyasi qərardır».

Azadlıq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ukraynada ermənilər azərbaycanlılara hücum edib

%d bloqqer bunu bəyənir: