Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vardan Hakobyan: “Biz Qarabağı itiririk”

Bu gün Yerevanın Kanaker Zeytun dairə məhkəməsi Ermənisdtan müxalifətinin liderlərindən biri, “Təsis Məclisi” hərəkatının başçısı, keçmiş Şuşa batalyonunun komandiri Jirayr Səfilyanın həbsi barədə qərar verib. O, dövlət çevrilişinə cəhddə ittiham edilib.

J.Səfilyan bu ittihamları rədd edib və bu addımın aprel ayında Azərbaycanla müharibədə itirilmiş torpaqlar barədə söylədiklərinə görə intiqam olduğunu düşündüyünü deyib.

Səfilyanın vəkili bildirib ki, müdafiə tərəfinə cinayət işinin materialları ilə tanış olmağa imkan verilməyib və ittiham aktına etirazını bildirib.

Keçmiş komandir məhkəmədə deyib ki. Ermənistan hakimiyyəti dörd günlük müharibədə itirilən torpaqlar barədə dəqiq məlum verməkdən çəkinirlər.

Məhkəmə J.Səfilyanın 2 ay müddətinə həbsinə qərar verib.

Ermənistan Helsinki Komitəsinin prezidenti Avetiq İşanyan Ermənistan hakimiyyətini J.Səfilyanın işini siyasi motivlər üzrə saxtalaşdırdığını bildirib. Ermənistanın demokratik cəmiyyətinin üzvləri Səfilyanı siyasi dustaq elan ediblər.

Məhkəmənin qərarından sonra müxalif “Təsis Məclisi”nin liderlərindən biri Vardan Hakobyan özünün “Facebook” səhifəsində yazıb: “Deyəsən, Qarabağı itiririk. Jirayrı tutacaqlar və uzun müddətə. Serjik Artsaxı satır. Nail ola biləcəyimiz yeganə şey ordunun və silahlı qüvvələrimizin tərkibində qalmış azsaylı dürüst zabitlərin bu işə müdaxilə etməsidir”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

İlham Əliyev ipoteka kreditləşməsi haqda sənəd imzaladı – FƏRMAN

%d bloqqer bunu bəyənir: