Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vaqif Abdullayev : qadın və şərab qalmaqallarında olan icra başçısı

Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb.

Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və hobbiləri ilə daha çox təəccübləndirir. Oxucular üçün maraq doğuracağını nəzərə alıb 24saat.org olaraq icra başçıları haqda yayılan məlumatlar əsasında onların portretini çızmağa qərar vermişik. “Balaca padşahların böyük nağılı” adlı bu rubrikada 24saat.org olaraq ilk yazımızda Nərimanov rayon icra başçısından bəhs etmişdik. “Abdin Fərzəliyev: Ov həvəskarının Putinlə dostluğundan Rövnəq Abdullayevlə ədavətinə qədər” başlıqlı həmin yazının oxucular arasında geniş maraq doğurduğunu nəzərə alaraq rubrikamızı davam etdiririk və bu dəfə media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalar əsasında Beyləqan rayon rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin portretini sizə təqdim edirik.

Öncə onu bildirək ki, ölkənin ən qalmaqallı icra başçısı heç şübhəsiz ki, Beyləqanın “hakimi-mütləqi” Vaqif Abdullayevdir. Onun haqqında mətbuatda elə şok informasiyalar dərc olunub və heç biri də təkzib olunmayıb ki, sadəcə təəccüblənməmək mümkünsüzdür. Belə birinin icra başçısı postunda əyləşməsinin adını biz tapa bilmədik, təqdim edəcəyimiz faktlarla tanış olduqdan sonra hər bir oxucumuz buna özü ad qoyar.
Beləliklə…

“Cənnət bağı” restoranında gecə əyləncələri…
Həmin məlumatlarda iddia olunur ki, Vaqif Abdullayevlə gününü əyyaşlığa sərf edir və icra başçısı xidməti otağından daha çox “Cənnət bağı” restoranında əyləşir: “İcra başçısı özünə yaxın yerli məmurlarla “Cənnət bağı” restoranında gecə yarıya qədər davam edən əyləncələr təşkil edir. Məsələn, bu günlərdə yerli məmurlardan birinin 55 yaşınının tamam olması münasibətilə adıçəkilən məkanda icra başçısının iştirakı ilə təntənəli mərasim düzənlənib. Ümumiyyətlə isə bu kimi dəbdəbəli qonaqlıqlar Vaqif Abdullayevin həyat tərzidir. Hətta müqəddəs Ramazan ayında belə təntənəli qonaqlıqlarından qalmayan icra başçısının əməlləri rayonda ciddi narazılığa səbəb olmaqdadır”.

5 minlik şuba söhbəti…
Yayılmış məlumatlarda daha sonra iddia olunur ki, icra başçısı tutduğu yüksək dövlət postuna yaraşmayan əməllərinə görə də diqqət mərkəzindədir. Belə ki, onun adını açıqlamaq istəmədiyimiz qadınlarla bağlı yaşadıqları da kifayət qədər ilgincdir. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Vaqif Abdullayev münasibətdə olduğu qadınlardan birinə 5 min manata şuba alması ilə öyünür, digərini isə yüksək vəzifəyə təyin edib.

Polisin “mərdimazarlığı” və ya “gecə qara, cücə qara”
İndi oxuyacağınız abzas isə icra başçısının ən yeni sərgüzəştlərindəndir. Belə ki, bir neçə həftə öncə gecə vaxtı icra başçısı idman stilində, başında isə kepka rayonun qaranlıq küçələrindən birində yerləşən mənzilə girmək istəyərkən polis işçisilərilə qarşılaşıb. Qaranlıqda başçını tanımayan polis işçiləri ondan kim olduğunu soruşublar, Vaqif Abdullayev isə polis işçilrinə bərk qəzəblənməklə onlara kim olduğunu göstərib. Mənbəmiz bildirir ki, şübhəlinin icra başçısı olduğunu görən polis işçiləri üzürxaxlıq edərək ərazidən uzaqlaşıblar.

Ad gününü kabinetində şərab içməklə qeyd edib
Daha bir yazıya diqqət yetirək: 59 yaşını kabinetində keçirən icra başçısı içkili vəziyyətdə olub. Beyləqandan redaksiyamıza daxil olan məlumat görə icra başçısı Vaqif Abdullayevlə rayon maliyyə idarəsinin müdiri Oktay Hacıyev arasında qarşıdurma yaranıb. Belə ki, maliyyə idarəsinin müdirini yanına çağıran icra başçısı ondan büdcə təşkilatlarından birinə ayrılan vəsaitin sənədlərini istəyib. Oktay Hacıyev isə icra başçısının hansı sənədləri istəyirsiniz? deyə ikinci dəfə soruşanda Vaqif Abdullayev idarə müdirini ən ağır söyüşlərlə təhqir edib.
Mənbə bildirir ki, icra başçısının həmin gün 59 yaşı tamam olub. Bu səbəbdən Vaqif Abdullayev kabinetində içki qəbul edib və bu vəziyyətdə də idarə müdiri ilə mübahisə edib.

Katibəsini döyüb?
Yolverilməz hərəkətləri, etikadan kənar davranışları ilə daim gündəmə gələn icra başçısının qəribəliklərlə zəngin olan məxfi dosyesinə bu günlərdə daha bir şok olay əlavə edilib. Belə ki, Beyləqan RİH başçısı şəxsi katibəsini əməlli-bağlı döyüb. Bu haqda təfərrüatlı məlumat verən rubrika.az saytının xəbərinə görə, Beyləqan rayon icra başçısı Vaqif Abdullayev bir neçə gün öncə özünün katibəsi olan Səcidə Sadıqovanı döyüb. Qeyd edək ki, Səcidə Alışan qızı Sadıqovanın vəzifəsi Beyləqan rayon icra hakimiyyətinin rəsmi saytında Aparıcı məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloq kimi göstərilib. Amma icra hakimiyyətində hər kəs bilir ki, Səcidə Sadıqovanın bu işi formal xarakter daşıyır və onun əsas işi Vaqif Abdullayevin qapısının ağzında dayanıb icra başçısına qulluq etməkdən ibartədir. Deyilənlərə görə, Vaqif Abdullayevin bir çox idarə və müəssisə rəhbərlərinə sözünü məhz Səcidə xanım çatdırır. Rayon icra hakimiyyətinin qonaq evində qalan və hər axsam içki məclisi quran Vaqif Abdullayevin yemək içməyini də məhz Səcidə xanımla şəhər məktəbinə rəhbərlik edən bir direktor xanımın təşkil etdiyi deyilir. Bir müddət öncə baş vermiş insidentlə bağlı isə mediada bunlar yazılıb: “İcra Hakimiyyətindəki mənbəmiz iddia edir ki, 15 gün öncə Vaqif Abdullayev katibəsi Səcidə xanımı ağır şəkildə təhqir edərək döyüb. Mənbəmiz hadisənin axşam saatlarında olduğunu və həmin vaxt icra hakimiyyətinin binasında bir neçə nəfərin olduğunu qeyd edir. Hadisənin isə xanım katibənin icra başçısının sözünü yerinə yetirməməsi yaxud onu aldatması ilə əlaqəli olduğu bildirilir”.

Tualet qalmaqalı
Nəhayət V.Abdullayevin imza atdığı son maraqlı olay bu günlərdə Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərində baş verən tualet açılış mərasimi ilə bağlıdır. Mərasimdə hətta, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də iştirak edib. Tədbirin “ən maraqlı” məqamı isə ondan ibarət olub ki, tualetin açılış mərasimində Azərbaycan himni səsləndirilib…

P.S. Bir daha xatırladaq ki, yazı bu vaxta qədər mediada yayılan və rəsmən təsdiq olunmayan məlumatlar əsasında hazırlanıb. Amma əlimizdə daha ilginc məlumatlar var və həmin məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Cavid Qurbanovla Binəli Yıldırım görüşünün ZİYA MƏMMƏDOV GİZLİNİ

%d bloqqer bunu bəyənir: