Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vaqif Hacıbəyli: “Etibar Məmmədov danışmasa yaxşıdı”

“Bayağı mitinq dedi-qodusu xarakteri daşıyan həmin parlament iclaslarında Heydər Əliyev İbrahim İbrahimlini sındıra bilməsə də, Etibar Məmmədovu həqiqətən tam sındırdı və ifşa etdi. Məlum oldu ki, Etibar Məmmədov özü üçün iqtisadi sahədə, xüsusi ilə neftlə bağlı “yağlı” vəzifələri istəsə də, Heydər Əliyev buna razı olmayıb.”

Hüquqşünas Vaqif Hacıbəylidən 4 iyun qiyamından danışan Etibar Məmmədova sərt təpki gəldi. Bu barədə Vaqif Hacıbəyli öz facebook səhifəsində yazır:

“Etibar Məmmədov danışmasa daha yaxşıdır, danışmayanda kənardan daha ağayana görünür.
Onun İbrahim İbrahimliyə dil uzatması da, yersizdir. İbrahim İbrahimli indi hansı düşərgədə olmasından asılı olmayaraq 1993-cü ilin iyun qiyamında axıradək irticaya müqavimət göstərən istiqlalçı deputatlardan biridir, bəlkə də. birincisidir. O vaxt parlamentdə onun dirəniş göstərməsi əlbəttə qiyamçılara və onların siyasi dəstəkçilərinə xoş gəlmirdi.

Heydər Əliyev də, onun ittihamlarına cavab verərkən “sən Zeynəddin kəndində müəllim işləyəndə” sözünü işlətmişdi, (canlı yayımda deyilən bu söz milyonların yadındadı). Təəssüf ki, bu sözü elə aşağılayıcı mənada demişdi. Etibar Məmmədov indi onun dediklərini yalandan “aşırma şalvar geyirdin” sözləri ilə əvəz edirsə, düz hərəkət eləmir. Əslində Etibar bəy müəllim sözünü aşağılayana öz etirazını bildirməli idi. Çünki, Etibar Məmmədov da, mənim kimi müəllim övladıdır. Onun Biləcəridə məktəb direktoru olan atasını, rəhmətlik Səlidar müəllimi Biləcəridə yaşadığım vaxtlarda çox yaxşı tanıyırdım, milli ənənələri hələ sovet dövründə tərənnüm edən gözəl bir ziyalı idi. Elə bu gün də əsl ziyalıların böyük əksəriyyəti elə kənd müəllimləridir.

Bayağı mitinq dedi-qodusu xarakteri daşıyan həmin parlament iclaslarında Heydər Əliyev İbrahim İbrahimlini sındıra bilməsə də, Etibar Məmmədovu həqiqətən tam sındırdı və ifşa etdi. Məlum oldu ki, Etibar Məmmədov özü üçün iqtisadi sahədə, xüsusi ilə neftlə bağlı “yağlı” vəzifələri istəsə də, Heydər Əliyev buna razı olmayıb. Onda Etibar deyib ki, icazə ver müxalifətçilik edim. Yəni “əl müxalifəti” funksiyasını daşımaq istəyəcək qədər miskin duruma düşüb. Və bütün bu təfərrüatlar Heydər Əliyev tərəfindən parlamentdə açıqlananda Etibarın cınqırı da, çıxmadı.

Eyni zamanda, Rənah Hüseyn iyunun 7- də keçirilən parlament müzakirələrində onu yerlərə hakimiyyət strukturlarını zorla devirmək barədə göstəriş verdiyini deyəndə də, ona cavab verə bilmədi. Siyasi hakimiyyətin nümayəndələri Etibar Məmmədovun yanına gedərək AMİP tərəfindən qiyama siyasi dəstək verilməyəcəyi təqdirdə milli istiqlalçıların hakimiyyət bölgüsündə iştirakına dair konkret vəd verilmişdilər.  Etibar Məmmədov və ətrafında olanlar isə o vaxt tam gücü ilə hərbi qiyama siyasi dəstək vermək yolu tutdular və bununla da,  Azərbaycan dövlətçiliyinə qarşı öz tarixi xəyantlərini etdilər.  Heydər Əliyev təşəbbüsü ələ alıb Etibar Məmmədovu proseslərdən kənarlaşdırdıqdan sonra ola bilsin ki, Elçibəyə müraciət edərək birləşməyi təklif edib.  Amma onda artıq gec idi. Ona artıq heç bir etimad qalmamışdı.”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ramiz Mehdiyevin komandası hərəkətə keçib

%d bloqqer bunu bəyənir: