Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
vampir

Vampir mifini yaymış real xəstəliklər

Xəstəliklər tibb elminin inkişafından öncələr olduqca dəhşətverici şeylər idi. Taun və digər epidemiyalar heç bir xəbərdarlıqsız ortaya çıxır, ölümə və əzaba səbəb olurdu.

Amma xəstəliklər sadəcə taun kimi epideniyalarla sərhədli deyildi. Digər xəstəliklər – bəlkə də heyvanlardan keçimiş və ya öz bədənlərində “yatmış” genlərdən qaynaqlanmış xəstəliklər isə heç bir izah olmadan ciddi narahatlıqlara yol aça bilirdi.

Beləliklə insanlar üzünü fövqəltəbii qüvvələr çevirdi. Bəzi xəstəliklər sivilizasiyanın əz uzun müddətli və geniş yayılmış qulyabanı mifinin – vampirlər haqqında hekayənin cücərməsinə səbəb oldu.

drakula

Vampir hər gecə narahat qəbrindən qalxıb canlıların qanı ilə ziyafət çəkən və tarixi Antik Yunanıstana qədər uzanan bir varlıqdır. Bu gün bizim heyranlıq duyduğumuz bəzi qədim yunan filosofları 70 yaşlarına qədər yaşamış olsalar da, Antik yunanda orta həyat müddəti 28 il idi. Bu dövrdə sanitariyas, soyutma prosesi və antibiotiklər olmadığı üçün xəstəliklər daha çox yayılmışdı və insanlar erkən yaşlarda qəbirlərə qoyulurdu.

Mikroskopun olmadığı bu zaman kəsimində xəstəliyə səbəb olan mikrob kimi kiçik təcavüzçüləri araşdırmaq mümkün olmadığından xalq bir çox xəstəliyin səbəbini fövqəltəbii bir güc olaraq gördü. Məsələn porfiriya qanımızda hemoqlobində olan və hem adlanan dəmir-porfirin proteininə təsir edən bir xəstəlikdir. Qeyri-kəskin profiriya xəstələri gün işığına qarşı həssas olub dərilərində və diş ətlərində su dolu qabarcıqlardan və qaşıntılardan əziyyət çəkirdilər. Ən pis hallarda isə diş ətləri şişərək dişlər uzaqdan belə daha diqqətə çarpan hala gəlirdi. Onların ifrazatları həzm edilməmiş qan kimi bənövşəyi rəng alırdı. Və işıq həssaslığının təsirləri onların qulaq və burunlarının deformasiya olmasına səbəb olur və nəticədə fizioqnomik olaraq Nosferatu obrazına bənzəyirdilər.

nosferatu-bir-d%c9%99hs%c9%99t-senfoniyasi-1922ci-il

Bir çox xəstələr təsvir edilənlərdən daha az şiddətli simptomlara sahib olacaqdı. Amerika Forfiriya Fondundan Dezayr Lion Hau deyir ki, böyük ehtimalla hər hansı, eyni zaman dilimində bütün dünyada bu kimi ciddi hadisələrin sayı bir neçə yüzdən çox deyildi. Amma onların nisbəti ola bilsin ki, orta əsrlərin digər cəmiyyətlərlə az əlaqədə olan və az variyasiyalı gen hovuzuna sahib ucqar cəmiyyətlərində daha çox idi. İndi Ruminiyanın bir hissəsi olan Transilvaniyada az sakinli və ya kənd təsərüffatı ilə məşğul olan əhalinin məskunlaşdığı kəndlər bu kateqoriyaya uyğun gəlir.

Oksford Dünya Klassikasından Brem Stokrın “Drakulası”nın yeni nəşrinin redaktoru yazıçı Rocer Lakhorst 18-ci əsrdə populyarlıq qazandığı müşahidə edilən vampir mifinin və inancının yayılma şərtlərini araşdırıb:

İngiliscəyə vampir sözü ilk dəfə 1730-cu illərdə bir qəzetin Avropanın sərhədlərində torpaqdan qazılıb çıxarılmış, şişmiş və və çənəsinin ərafında təzə qan olan cəsəd haqqında nəşr etdiyi yazı ilə daxil oldu.Bu yazıda həmin hekayənin kəndlilər tərəfindən yaradıldığı deyilirdi, amma olduqca böyük sensasiya yaratdı.

Taun, mal-qara ölümü kimi fəlakətlər bu ucqar ərazilərdə baş vürəndə bir çox nöqtə yaşayan ölümsüz bir ruha işarə edirdi. Tez-tez edilən şey isə kənddə ölən ən son insanı qəbirdən qazıb çıxarmaq olurdu. Bu da bizi başqa bir problemlə üz-üzə qoyur: dövrün tibbi hələ körpəlik çağında idi və hətta bir insan “öldüyündə” belə onun öldüyü belə qəti bilinmirdi. Katelepsiya kimi xəstəliklər insanı dərin yuxu vəziyyətinə salır və bu halda nəbzi hiss etmək olduqca çətin olur. Bu da həmin dövrdə bir sıra insanların diri-diri basdırıldığa mənasına gəlir. Onlar oyananda isə yaranmış qorxu, panika və aclıq nəticəsində çox əsəbi və dəli kimi davranaraq özlərini di.ləyə bilərlər, bu da qəbrdən qazılıb çıxarılmış, ağzında təzə qan olan cəsədləri açıqlayır.

Belə cəmiyyətlərin çoxunda insanlar mal-qara saxlayırdı, kəndlər adətən meşələrə yaxın yerləşirdi və meşələr də digər heyvanların yuvası idi. İndi Avropa meşələrində rast gəlinməyən quduzluq peyvəndin kəşfindən öncə geniş yayılmış, başlıca xəstəlik idi. İşığa və suya qarşı nifrət, aqressiya, dişləmə və sayıqlama kimi simptomlar ölüm gətirirdi. Müalicəsi yoxdur.

Lakhorstun dediyinə görə quduzluq qurda adam mifinin qaynağıdır:

Quduzluq bəlli ki, qurd adam hekayəsi ilə də bağlıdır. İnsanlar heyvanlarla ünsiyyət zamanı vəhşiyə çevrilirdilər.Qurd adam mifində xalqın bilgəliyi vardır, insanları təbiətə çox bağlanmamağa çağırır. Öz insanlığını xatırlamalısan.

transilvaniya

Bu cəmiyyətlərin tədrici, Paris və London kimi mədəniyyətlərdən uzaqlığı başqa yollarla da töhvə vermişdi. Lakhortun dediyinə görə bu ərazilərdə, xüsusilə dağlıq bölgələrdə qida rasionunun çeşidli olmamasına görə insanların çoxu zob xəstəliyindən (yod çatışmamazlığına görə qalxanabənzər vəzinin şişməsi) əziyyət çəkirdi. Qida rasionu əksikliyi onları sadəcə xəstəliklərə qarşı həssas etmirdi, həmçinin bəzi hallarda genlərində gizlənmiş bəzi şərtlərin təsirini də ciddi formada şiddətləndirirdi.

Vampir hekayələri 18-ci əsrdə Londo və Parisdə bu hekayələri qəzetdə oxumaları ilə yayılırdı və bu, bizlərə necə inkişaf etdiyimiz, mədəni olduğumuz və Avropa hüdudlarında yaşayan batil inanclı kəndlilər haqqında bir hekayə danışırdı.

Maraqlıdır ki, müxtəlif mədəniyyətlərdə, dünyanın müxtəlif qitələrində və zamanlarında ölümsüz qaniçən mifi mövcud olub: Flippinlərdə Manananggal, Çilidə Peuchen, Şotlandiyada Baobhan Sith, yerli Avstraliya qəbilələrində Yara-ma-yha-who.

Lakhorstun dediyinə görə vampir mifi sadəcə xəstəliklə sərhədlənmir. Belə görünür ki, vampirlər hər zaman öz komfortlu evlərimizin uzaqlarında bir yerlərdən gəlir: uzaq Transilvaniyadan, əzəmətli İngilis evlərindən və ya qədim Yunanıstandan.

Onlar hər zaman başqa yerlərdən gəlir; qədim Yunanıstanda Yunanıstandan uzaqlarda yaşayanlar barbarlar hannibal və qaniçən idilər. Onların edə bilmədikləri qara sehirlər etməyi bacarırdılar. Başqa yerlərdə bunlar paqan qəbilələri idi. Hətta Şimali Amirkada İnklər şəhərlərinin xaricində vəhşilər olduğuna inanırdılar.

Belə görünür ki, vampir ifadəsi sadəsi anlaşılmayan xəstəliklər üçün istifadə edilmirdi. Bu ifadə bütün qəribəliklər, bilinməyən yerlər və bu yerlərdə yaşayanlar üçün də istifadə edilirdi.

Yasilelm.com

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Marsda qeyri-adi tapıntı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: