Loading...
Loading...
supurge1476082954.jpg

“Valideynin 150 ədəd süpürgə alması yalandır” – Direktor xəbərdən HİDDƏTLƏNİB

“Valideynin “süpürgəpulu” yığılmasına etiraz olaraq məktəbimizə 150 ədəd süpürgə alması həqiqəti əks etdirmir”.

Bunu Modern.az-a Bərədə rayonundakı E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbinin direktoru Səyyarə Zeynalova deyib.
Direktor yanlış məlumat yayanların cəzalanmasını tələb edib:
“Həmin məktəb mənim şəhid qardaşımın adını daşıyır. Buna görə də xəbər məni çox incidir. Bu barədə məlumatı ilkin olaraq kim yazıb, cəmiyyətdə çaşqınlıq yaradıbsa, onun tapılmasını xahiş edirəm”.

 

Direktor məsələylə bağlı rəsmi izahat verdiyini də qeyd edib:

“Mən özüm Təhsil Nazirliyinə və Təhsil İdarasinə açıqlama yazmışam. O adam kimdirsə, o şantajçı tapılsın. Əgər günahım varsa, cəzamı çəkməyə hazıram. Onu yazan kimdirsə, mütləq ortaya çıxmalıdır. Mətbuatdan da xahiş edirəm ki, mənə bu məsələdə kömək etsin”.

Qeyd edək ki, social şəbəkədə yayılan məlumatlarda E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbində “süpürügəpulu” yığılmasına etiraz olaraq bir valideynin 150 ədəd süpürgə aldığı bildirilir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

TİA.AZ saytının 7 yaşı tamam olur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: