Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vahid Avropa Ordusu yaradıla bilər – “Türkiyəyə güvənmək yolverilməzdir”

Avropa Birliyinin ayrı-ayrı ölkələri öz sərhədlərini Yaxın Şərq və Şimali Afrikadan gələn qaçqınların basqısından müdafiə edə bilmir.

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Çexiyanın baş nazirinin birinci müavini Andrey Babiş deyib. Lidové qəzetinə müsahibəsində Babiş vahid hərbi qüvvənin formalaşdırılmasının vacibliyindən danışıb.

“Avropa Birliyinə sərhədlərin etibarlı müdafisəi lazımdır. Bunu birləşmiş ordu bacara bilər. Bundan başqa, Avropa üçün özünün ordusunun olması Avropa ideyalarının əsasını – ticarətin, xidmət və kapitalın azad dövriyyəsini qorumaq üçün lazımdır” – deyə o, qeyd edib.

Andrey Babiş Türkiyə və Avropa Birliyi arasında qeyri-leqal miqrasiyanın tənzimlənməsi haqda razılaşmanın effektivliyini şübhə altına alıb: “Avropanın öz sərhədlərinin qorunmasında Türkiyəyə güvənməsi yolverilməzdir”.

Çexiya rəsmisi həmçinin Yaxın Şərq ölkələrində vəziyyətin yalnız Rusiya ilə əməkdaşlıq şəraitində yaxşılaşa biləcəyini deyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılır

%d bloqqer bunu bəyənir: