Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Vəziyyət kritikdir, hamı fəryad edir”

Son bir neçə ayda şəxsən mən özüm yazılı və şifahi mindən çox şikayət almışam. Bu onu göstərir ki, vəziyyət kritikdir və ölkənin bank sektoruna cavabdeh olan səlahiyyət sahibləri vaxt itirmədən bank kreditlərinin taleyinə aydınlıq gətirməli və vəziyyətin stabilləşməsinə istiqamətlənən təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər.

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili ona ünvanlanan şikayət məktublarını həyəcansız oxumaq olmadığını deyir:

“Hamı fəryad edir, onlara güzəşt edilməsi üçün imkanlar aranmasını xahiş edirlər. Mən də gücüm çatdığı qədər həm hökumətə təkliflər verməklə, həm də ayrı-ayrı bank rəhbərləri ilə danışaraq həmin şikayətçilərə hansısa formada güzəşt edilməsini xahiş etmişəm, elə müraciətlər də olub ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərmişəm və tədbirlər görüləni də olub. Amma düşünürəm ki, ölkənin bank sektorunda kardinal islahatlara ehtiyac var, kosmetik tədbirlərlər böhrandan çıxmaq mümkün olmayacaq”.

Qeyd edək ki, millət vəkili Moderator.az-a həmişəki kimi geniş və maraqlı müsahibə verib, onunla söhbətimizi sabahdan oxuculara təqdim edəcəyik.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Araz” zavodundakı partlayış Yavər Camalovun qardaşını bitirir

%d bloqqer bunu bəyənir: