Loading...
Loading...

Vəzifədə olan məşhur idmançılarımız – SİYAHI

Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilməsi, idmançı və vəzifə mövzusunun yenidən gündəmə gətirmiş oldu. Xatırladaq ki, Mansurov 2004-cü il Afina Olimpiya Oyunlarının qalibi olmaqla yanaşı, iki dəfə – 2007 və 2009-ci illərdə dünya çempionu (yunan-roma güləşi) adını qazanıb.

Ölkə.az hazırda vəzifə sahibi olan məşhur idmançılarımızla bağlı kiçik araşdırma aparıb…

Sambo üzrə 5 qat dünya, 2 qat Avropa çempionumuz, hərbçilərin Olimpiya və dünya çempionu, tələbələr arasında dünya çempionu Zülfiyyə Hüseynova 1970-ci ildə Beyləqan rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda Bakı Baş Gömrük İdarəsinin Qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində işləyir, mayor rütbəsi var.

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionumuz, dünya çempionatının gümüş mükafatçısı Namiq Abdullayev 1971-ci ildə Bakıda anadan olub, Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin qiyabi şöbəsini bitirib. Hazırda Daxili İşlər Nazirliyinin DQBİ-nin İdman komandasının rəisidir, polkovnik-leytenantdır.

Daha bir olimpiya çempionumuz Zemfira Meftahəddinova isə Namiq Abdullayevlə iş yoldaşıdır. Meftahiddinova Abdullayevin rəisi olduğu qurumda rəis müavinidir, polis polkovnik-leytenantıdır.

2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, cüdoçu Elnur Məmmədli 1988-ci ildə Bakıda anadan olub. Məmmədli həm Cüdo Federasiyasının vitse-prezidentidir, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətində vəzifə daşıyır.

2008-ci ildə keçirilən olimpiadanın bürünc medalçısı, cüdoçu Mövlud Mirəliyev 1974-cü ildə Özbəkistanda anadan olub. Əslən Gəncədən olan veteran idmançı hazırda Şəmkir RPŞ-nin əməkdaşı, polis mayorudur.

2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya çempionatının 3 qat gümüş medalçısı İradə Aşumova 1958-ci ildə Bakıda anadan olub. Xanım Aşumova hazırda DİN DQBİ-nin hərbi qulluqçusudur, mayor rütbəsi daşıyır.

Sambo üzrə yeddiqat dünya çempionu Ceyhun Məmmədov 1968-ci ildə Ağdam şəhərində anadan olub. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti vəzifəsini daşıyan məşhur idmançımız, eyni zamanda, polis əməkdaşıdır.

Gəncə ŞBPİ-nin əməkdaşları sırasında da məşhur idmançı var. Dördqat dünya çempionu Hakim Nəzərəliyev hazırda sözügedən idarədə çalışır.

Məşhur şahmatçı Aynur Sofiyeva 1970-ci ildə Qaxda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakütlələrini bitirib. Sofiyeva uzun müddət Şahmat Federasiyasına da rəhbərlik edib. O, bəlkə də Azərbaycanın ən çox vəzifə daşımız üç idmançısından biridir. Belə ki. Sofiyeva 1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində işləyib, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Daha bir tanınmış şahmatçımız Zeynəb Məmmədyarova isə 1983-cü ildə Sumqayıtda anadan olub. Məmmədyarova Azərbaycan Beynəlxalq Universitetini (hazırda fəaliyyətinə xitam verilib) bitirib. Xanım şahmatçı Sumqayıt bələdiyyəsində məsul vəzifədə çalışır.

Taekvando üzrə Avropa çempionu Təvəkkül Bayramov 1981-ci ildə Qubadlıda anadan olub. Ölkənin ən məşhur taekvandoçularından olan Bayramov Sumqayıt Gömrük İdarəsinin əməkdaşıdır.

Daha bir məşhur taekvandoçumuz Niyaməddin Paşayev də 1980-ci ildə Qubadlıda anadan olub. Postsovet məkanında ilk dünya çempionu kimi məşhur olan Paşayev hazırda Taekvando Federasiyanını vitse prezidenti olmaqla yanaşı, Sumqayıt gömrükxanasının əməkdaşıdır, gömrük xidməti kapitanıdır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Əlamətlərdən 4-ü sizdə varsa… – DİQQƏT

%d bloqqer bunu bəyənir: