Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vətəndaşdan SƏHİYYƏ NAZİRİNƏ ittiham dolu müraciət – diabet xəstələrinin DƏRMAN PREPARATLARI yollanmır

24saat.org saytının elektron poçtuna Gəncə sakini Niyazov Niyaz tərəfindən müraciət daxil olub. Həmin müraciətində vətəndaş diabet xəstəsi olan həyat yoldaşının problemlərindən bəhs edib. O iddia edir ki, diabet xəstələri üçün verilməli olan preparatlar ya verilmir, ya da normadan çox az verilir. Niyaz Niyazovun Oqtay Şirəliyevə ünvanladığı müraciəti olduğu kimi dərc edirik:

Azərbaycanın Səhiyyə Naziri OQTAY ŞİRƏLİYEVə müraciət !
Salam,hörmətli redaksiya. Azərbaycan Səhiyyə Nazirliyi diabet xəstələrinin DƏRMAN PREPARATLARInı ya tamamilə yollamır, ya da normadan az yollayır.Yerlərdə çalışan klinikaya da tapşırırlar ki, birtəhər yola verin. Siz özünüz düşünün. Diabet xəstəsini də yola verərlər? Yəqin ki, belə xəstələrin yola verilməsi məsələsinin ölümlə nəticələnə biləcəyini anlaya bilirsiniz.

Bir vaxtlar Səhiyyə Nazirliyi diabet xəstələri üçün qanda şəkərin miqdarını bilməkdən ötrü OPTİUM aparatları yollamışdı. Aparatı alanda xəstələr sevindilər. Ancaq istifadə edəndə əksinə olaraq xəstələrin qanı qaraldı. Ona görə ki, şəkərin miqdarını bilmək üçün lazım olan TEST ÇUBUĞUnu hər ay üçün cəmi 5 ədəd verirdilər. Mənim ailəmdə şəkər xəstəsi həyat yoldaşımdır. O, artıq 20 ildən çoxdur ki, şəkər xəstəsidir. Həkim həyat yoldaşıma təyinatı belə verdi ki, gündə 4 dəfə insulin vurmalısan. Belə olan halda xəstə işə başlamazdan əvvəl hər gün səhər tezdən qanda şəkərin miqdarını bilmək üçün yoxlamalıdır. Gündə 1 dəfə müntəzəm olaraq yoxlamaq üçün hər ay ən azı 30 ədəd test çubuğu lazım olur.

Gündə 4 dəfə insulin iynəsi vurmaqdan ötrü hər ay üçün 120 şprits iynə lazımdır. Səhiyyə Nazirliyi isə hər ay üçün cəmi 20 ədəd şprits iynə verir. Dərman preparatlarını gah tamamilə yollamır, gah da azacıq yollayırlar. TEST ÇUBUQLARInı isə tamamilə yollamırlar.

Dünən mənim həyat yoldaşımın beyqəfildən vəziyyəti pisləşdi. Şəkərini yoxlaya bilmədik. TEST ÇUBUĞU almağa pulumuz yoxdur. Dərman preparatlarını əldə etməkdən ötrü dövlətimiz Səhiyyə Nazirliyinə gərəkli miqdarda pul ayırır. Nədənsə, Səhiyyə Nazirliyi həmin puldan təyinatı üzrə istifadə etmir. Şəkər xəstələrinə yollamadıqlrı TEST ÇUBUQLARInı apteklərdə satırlar. Bu test çubuqları yoxdursa, bəs apteklər satmaq üçün haradan alırlar?Bir sözlə? Səhiyyə Nazirliyi insanları insan saymır. Özləri belə münasibəti qəbul etməzdilər.
OQTAY ŞİRƏLİYEV cənabları, siz yəqin unutmusunuz ki, bizlər də Azərbaycan vətəndaşıyıq. Bizlər də yaşamaq istəyirik. Belə münasibət yaramaz. Siz şəkər xəstələrinə qeyri-insani münasibət göstərirsiniz. Xalqa bu qədər laqeyd münasibət göstərən dövlət məmurları hegemonluq edirlər.
Hörmətli redaksiya, mənim bu yazdıqlarıma Səhiyyə Nazirliyi müsbət yanaşmır,bizləri vecinə almır. Bəlkə, sizlər onlara təsir edə biləsiniz. Cavab gözləyirik.
Hörmətlə : Gəncə şəhər sakini, diabet xəstəsi olan Niyazova Nurlana Əbili qızının həyat yoldaşı-Niyazov Niyaz Novruz oğlu.
ƏLAQƏ:
E-mail: vaxt.hasil.oldu.1955@bk.ru
Mob.tel. 0503120582, 0556258225
Skype : niyazov1955

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Göyçayda Murtuz Salahov kabusu və xarba qalan tarixi bina

%d bloqqer bunu bəyənir: