Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
isiq

Vətəndaş borcunu ödəyir, amma 2 gündür işığı yanmır – VİDEO

Borclu olduğu üçün mənzilin elektrik enerjisi kəsilir. Vətəndaş borcunu ödəyir, amma 2 gündür ki, işığı yanmır. Aidiyyatı qurumun qaynar xəttinə məlumat vermək istəyəndə isə zəngləri cavabsız qalır. Qaynar xəttdən gün ərzində telefona cavab verilmir. Belə bir hadisə Nizami rayonunda Hacıyevlər ailəsinin başına gəlib. Ailə artıq iki gündür ki, işıqsızdır.

Bakinin Nizami Rayonunda yaşayan Hacıyevlər ailəsi iki gündür işiqsiz qalıb. Borcu olduğuna görə dünən səhər mənzilin işiği kəsilib. Borclarını təcili ödəsələr də dünəndən elektrik enerjisinin verilişi bərpa edilməyib.
Ailə üzvləri deyir ki, dünəndən Azərşıq Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng vursalar da cavab verən olmayıb.
Növbəti zəngdə isə cavab verməmək bir yana, zəngi rədd edirlər.
Qaynar xəttin fəaliyyətsizliyi, həmçinin mənzilə elektrik enetjisinin niyə bərpa edilməməsi haqda suallarımızı Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayevə ünvanladıq. Məlum oldu ki, enerjinin bərpa olunmamasına səbəb içşilərin işinin çox olması ilə bağlıdır.
Qaynar xətt məsələsinə gəlincə qurumun nümayəndəsi bildirir ki, zənglərə cavab verilməməsinin səbəbi müraciətlərin çoxluğundan asılı ola bilər. Sınaq üçün özü də qaynar xəttə yanımızda zəng vurdu.
Mətbuat xidmətinin rəhbəri deyir ki, borc ödənilibsə elektrik enerjisnin verilişi mütləq bərpa olunacaq. Yəniki mənzil sahibi səbirli olsun. (Xəzər Xəbər)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Belə leysan Bakıya 36 il əvvəl yağmışdı… – Gözlənilməz hadisə

%d bloqqer bunu bəyənir: