Loading...
Loading...

Vəli Ələsgərov niyə həbs olundu?

Xəbər verildiyi kimi Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov barədə həbs-qətimkan tədbiri seçilib. Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib ki, müdafiə etdiyi şəxsin həbs olunması onun ev dustağı ola-ola vəkillə skayp vasitəsilə əlaqə saxlamasıdır. Təbii ki, bu həbs üçün bəhanədir.

Bəs ev dustağı olan Vəli Ələsgərov niyə evdən təcridxanaya köçürüldü?

24saat.org-a daxil olan məlumata görə, bu Vəli Ələsgərovun Naxçıvan rəhbərliyi haqqında bildiyi həqiqətləri ictimailəşdirməyə cəhd etməsilə bağlıdır. Biz hələ ötən dəfə məlumat yaynışdıq ki, Vəli Ələsgərov barəsində başlanmış cinayət işinin Naxçıvan prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini istəyir. Keçmiş nazir bununla Naxçıvandan çıxmaq, daha doğrusu Muxtar Respublikanın Ali Məclis sədri Vasif Talıbovun girovluğundan qurtulmağa çalışır. Bu baş verəcəyi təqdirdə Vəli Ələsgərovun Naxçıvan rəhbərliyi barədə kompromatları “yuxarılar”a və mediaya ötürmək imkanları yaranacaqdı. Vasif Talıbov da bunun fərqində olduğu üçün Vəli Ələsgərovun Naxçıvandan çıxmasına əngəl olurdu. Lakin keçmiş nazirin vəkili vasitəsilə Naxçıvan rəhbərliyi hədələməsi Vasif Talıbovun onu tamamilə izolyasiya etməsinə səbəb olub. Qeyd edək ki, Vəli Ələsgərovun vəkili Vüqar Xasayev onun çox şey bildiyini dilə gətirməklə Naxçıvan rəhbərliyinə xəbərdarlıq mesajı vermişdi

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Erkin Qədirli: “Əgər müxalifət kobud səhv etməsə və ya bölgədə müharibə çıxmasa…”

%d bloqqer bunu bəyənir: