Loading...
Loading...

“Vəli Ələsgərov həbs olunanlara şəxsən işgəncə verirdi…” – NAXÇIVANDA MAHMUDOVŞİNA

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Əsgərovun vəkillərinin ictimaiyyətə müraciəti onun əməllərindən zərərçəkən şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Naxçıvanda İşgəncələr kralı kimi ad çıxaran Vəli Əsgərovun vəkilləri onun hüquqlarının pozulması, həbsdə döyüldüyü barədə hay-küy qaldırsalar da onun halına acıyanlar yoxdur. Əksinə, Naxçıvan MTN-in keçmiş rəhbəri və Eldar Mahmudovun muxtar respublikadakı “görən gözü, eşidən qulağı” olan Vəli Ələsgərovun daha sərt cəzalandırılmasına çağıranlar var.

Virtualaz.org Vəli Ələsgərovun əməllərindən zərər çəkənləri tapıb onların başlarına gələnlər haqda məlumatları ictimaiyyətə çatdırmaq istəyir. Belələrindən biri də Naxçıvanda faliyyət göstərmiş journalist və fəal Həkimeldostu Mehdiyevdir.

Həkimeldostu Mehdiyev virtualaz.org saytına Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin ona qarşı yol verdiyi haqsızlıqlardan və işgəncələrdən danışıb. H.Mehdiyev deyir ki, Vəli Əsgərovun ona və qardaşlarına vurduğu zerbəni heç kimə vurmayıb. Onun sözlərinə görə, Məzahir adlı şöbə rəisinin rəhbərliyi ilə dörd qabırğası sındırılıb, özünü isə cəzaçəkmə müəssisəinə göndəriblər.

H.Mehdiyev ona verilən işgəncələrlə bağlı Naxçıvan rayon prokurorluğuna ərizə ilə müraciət edib.

“İndi hüquqlarının pozulduğunu deyib hay-küy salır, vəkili vasitəsilə mətbuatda özünün zərərçəkən obrazını yaradır. Çoxlu sirlər bildiyi haqda xəbərlər ötürür. Ancaq Vəli Ələsgərov qəddar adam Naxçıvanda bəlkə də olmayıb. Mənim imkanım olsaydı onu ayağından asardım. Bu adam nazir olanda həbs olunanlara şəxsən özü işgəncə verir, təhqir edirdi”, – deyə H.Mehdiyev bildirib.

H.Mehdiyev bəzi mətbuat nümayəndələrinin V.Əsgərovdan qəhrəman obrazı yaratmağa cəhd etdiklərini də vurğulayıb: “Bu adam Naxçıvanda müxalif fikirli insanların yaşamasına imkan vermədi. Bu səbəbdən hüquq müdafiəçiləri, ictimai fəallar Naxçıvanı tərk etdilər. O, Zeynalabdin Bağırzadəni, Nazim Mahmudovu (həbsdən azad edilib) şərləyərək həbs etdirdi. Vəlinin vəkili niyə Zeynalabdini müdafiə etmirdi? Cavab sadədir: Zeynalın pulu yox idi. Naxçıvan rəhbərlərindən də tələbim budur ki, Zeynalı Vəlinin dustağı olduğu üçün azad etsinlər. Vəlinin sayəsində Naxçıvanda heç bir kənddə çayxana fəaliyyət göstərmirdi. Qardaşlarının Rusiyanın müxtəlif şəhərlərində biznesləri var. Eşitdiyimə görə qardaşı Əlinin İrandakı şəriki ermənidir”.

Həkimeldostu Mehdiyev deyir ki, Vəli Əsgərov nazir işlədiyi dövrdə bir neçə ailənin dağılmasına da bais olub. Belə ailələrdən biri də Naxçıvanda uzun müddət xidmət etmiş hərbçinin ailəsi idi. Həmin şəxs 10 il Ağdam bölgəsində kəşfiyyat bölgəsində xidmət edib, komandanlıq tərəfindən dəfələrlə təltif edilib. (Söhbət Naxçıvan MTN-də işgəncələrə məruz qalmış Nizami Ağasıyevdən gedir) Naxçıvan MTN-i tərəfindən onun telefonuna əxlaqsız mesajlar göndərilib, təhdid olunub. V.Əsgərov ona işgəncələr verdirib. Məcbur edilib ki, İŞİD-lə əlaqəsi olması barədə kağızlara imza atsın. Əks təqdirdə ona göndərilən mesajları arvad-uşağına izlədəcəyini deyib. Sonda keçmiş MTN şefi həmin ailənin dağılmasna nail olub, hərbçi isə vəzifəsindən qovulub. Keçmiş hərbçi hüquqlarının qorunması üçün aidiyyatı orqanlara şikayət edib.

Xatırladaq ki, jurnalist Həkimeldostu Mehdiyev Naxçıvanda baş verən olaylar, sosial-siyasi durum barədə tənqidi yazıları, reportajları ilə tanınıb. Tənqidçi jurnalist 2007-ci ilin sentyabr ayında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin Şərur rayonu şöbə rəisinin zorakılığına məruz qalıb. O, MTN-in yerli şöbəsinə çağırılıb, burada dəyənəklə döyülüb, jurnalist fəaliyyətinə son qoyulması tələb olunub. Qurama ittihamlarla inzibati həbs cəzası verilən jurnalist təcridxanada daha qaba rəftarla üzləşib. Təcridxana rəhbərləri, habelə Naxçıvanın sabiq Milli Təhlükəsizlik naziri H.Mehdiyevə davamlı olaraq işgəncə veriblər. Nəticədə, jurnalist müxtəlif dərəcəli xəsarətlər alıb, qabırğası qırılıb.

Ötən il İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi Həkimeldostu Mehdiyevin hüquqlarının pozulduğunu, ona qarşı pis rəftarı, Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən jurnalist fəaliyyətinə görə azadlıqdan məhrum edildiyini təsdiq edib. Avropa Məhkəməsi Azərbaycan hökumətinin Mehdiyevə təzminat olaraq 10 min avro və məhkəmə xərcləri və digər xərclər üçün 4 min avro ödəməli olduğu haqqında qərar qəbul edib.

Xatırladaq ki, Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Bir neçə gün əvvəl isə ona Cinayət Məcəlləsinin 302.2 (telefon danışıqlarını qanunsuz dinləmə) maddəsi ilə də ittiham elan olundu.

15 il Naxçıvan MTN-ə rəhbərlik edən, öz qəddarlığı ilə tanınan, nazirliyin zirzəmisini işgəncə məkanına çevirən Vəli Ələsgov Eldar Mahmudovun göstərişi ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun və ailə üzvlərinin telefonlarını dinlədiyi, kompromat xarakterli materiallar toplayıb Bakıya ötürdüyü haqda daha əvvəl də xəbərlər yayılmışdı.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ramazan ayı: 7 iyun – İmsak və iftar vaxtı

%d bloqqer bunu bəyənir: