Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vəkil həbsdəki MTN generalına telefon ötürmək istədi

Bu gün artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) məlum cinayətkar dəstənin həbsdəki generalları Akif Çovdarov və Teymur Quliyevin vəkili onlardan birinə mobil telefon ötürməyə cəhd edib.

Virtualaz.org bildirir ki, Bakı İstintaq Təcridxanasında MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkil Arif Rəsulovun üzərinə baxış keçirilərkən onda mobil telefon aşkarlanıb.

İşlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edilib. Daha sonra A.Rəsulovun barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir.

Bundan başqa, onun həm də Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin yaxın adamı və Gollegiyanın İnzibati komissiyasının sədri olduğu bildirilir.

Həmkarlarının “baş nəzarətçi” adlandırdıqları Arif Rəsulovun öz karyerası və nüfuzu üçün həddindən artıq riskli sayıla biləcək bu addımı belə deməyə əsas verir ki, o, cinayətkar Mahmudov-Çovdarov qruplaşması ilə əvvəllər də işbirliyində olub.

Virtualaz.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Gəncə çayı daşıb, evləri basıb

%d bloqqer bunu bəyənir: