Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vəkil: “Günahsız olduqları sübuta yetirildi, hər ikisi bəraət aldı”

“Müdafiə etdiyim iki nəfərin günahsız olduğu sübuta yetirildi və onlara bəraət hökmü verilərək azadlığa buraxıldı. İbtidai istintaqı düzgün aparmayan 5 müstəntiq barəsində isə xüsusi qərar çıxarıldı”.

 

Bunu virtualaz.org saytına tanınmış vəkil Adəm Məmmədov deyib. Onun sözlərinə görə, hakim Tanella Nəsrullayevanın sədrliyi ilə quldurluqda təqsirləndirilən Zahid İsmayılov və Elnur Əsədlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, Z.Ismayılov və E.Əsədli Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq – qabaqcadan bir qrup şəxs tərəfindən əlbir olub törədikdikdə) və 181.2.5-ci (quldurluq – silah tətbiq edildikdə) maddələri ilə təqsirləndirilib.

Təqsirləndirilən şəxslər Binəqədi rayonunda marketdə satıcı işləyən Murad Əliyevə kürəyindən bıçaqla zərbə vuraraq kassadan 130 manat aparmaqda ittiham ediliblər.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Azərbaycanın kunq-fu üzrə yığma komandası Ermənistan yığmasından üzr istəyib?

%d bloqqer bunu bəyənir: