Now Reading:
Vəli Ələsgərovun məhkəməsinin sürprizsiz keçməsinin həqiqi səbəbi
Full Article 2 minutes read

Vəli Ələsgərovun məhkəməsinin sürprizsiz keçməsinin həqiqi səbəbi



 

Naxçıvan Muxtar Respulikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun məhkəmə prosesində sürprizlərin olacağı deyilsə də, bu baş vermədi. Qeyd edək ki, sürprizlərin anonsunu Vəli Ələsgərovun vəkili Vüqar Xasayev vermişdi.

Lakin 24saat.org-a daxil olan məlumata görə, hər hansı sürpriz baş verməyib. Bunun səbəbi isə Vəli Ələsgərovun hansısa faktları açıqlayacağı barədə mediada məlumat getdikdən sonra ona qarşı yeni ittihamların irəli sürüləcəyinin gündəmə gəlməsidir. Məlumat üçün deyək ki, Vüqar Xasayevin məlum açıqlamasından sonra bəzi media orqanlarında Vəli Ələsgərov xəyanətdə ittiham olundu. Məlumata görə, bu keçmiş nazirə xəbərdarlıq olub. Hətta onun özü ilə də bu barədə söhbət aparıldığı iddia olunur. Yeri gəlmişkən, Naxçıvan rəhbərliyində Vəli Ələsgərovun fəaliyyəti dövründə törətdiyi qanunsuzluqla barədə də kifayət qədər materiallar var. Bu materiallardan bəziləri işıq üzü görüb və bundan sonra Vəli Ələsgərov “işgəncələrə məruz qalması” barədə açıqlamaları dayandırıb.

Məlumatlarda bildirilir ki, son xəbərdarlıq da keçərli olub. Belə ki, Vəli Ələsgərov susmağa üstünlük verib, həmçinin vəkillərinə mediaya məhkəmə prosesi barədə verməməyi tövsiyyə edib. Məlumatlara görə, bununla belə Vəli Ələsgərov barədə yeni ittihamlar hazırdır. O, prosesin sonuna qədər “atəşkəs”ə riayət edərsə, bu ittihamlar əhəmiyyətini itirəcək. Əks təqdirdə keçmiş nazir daha ağır maddələrlə mühakimə oluna bilər.

Xatırladaq ki, Vəli Ələsgərov martın 7-də həbs olunub. Ona qarşı irəli sürülən qeyri-rəsmi ittiham keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dəstəsinin üzvü olmaq barədədir. Naxçıvan rəhbərliyi hesab edir ki, Vəli Ələsgərov onlar barədə Eldar Mahmudova kompromatlar ötürüb.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: