24 saat

Vəhhabiliyi ifşa edən kitab yenidən nəşr edildi

Kitabda “Nəyə görə vəhhabilik İslam deyil?” sualına cavab verilir
“Cahil təkfirçilər Məhəmməd Nəsrəddin əl-Əlbanini İslam yenilikçisi hesab edir.

Onun tənəzzülə doğru səsləyən əsərlərini həqiqət kimi qələmə verməklə mötəbər ayə və hədisləri inkar edirlər. Mərakeşdən olan  məşhur İslam alimi şeyx Abdullah əl-Qumari(1910-1993) “Əlbaninin ifşası” adlı kitabında Əlbaninin nəzəriyyə və prinsiplərini rədd etməklə vəhhabilərin əsas yanlışlıqlarından danışır…”
Moderator.az bu haqda İslam saytlarına istinadla xəbər verir. Müəllifin arqumentləri o dərəcədə inandırıcıdır ki, sözügedən kitab bir neçə dəfə təkrar nəşr olunmaqla dünyanın müxtəlif ölkələrində populyarlıq qazanmışdır. Həmin kitabı oxuyanlar son onilliklərin əsas sualına cavab tapırlar: “Nəyə görə vəhhabilik İslam deyil?”…
Tatarıstanın paytaxtı  Qazanda “Hüzur” Nəşr Evi tərəfindən  “Əlbaninin ifşası” kitabı  rus dilində yenidən çap edilib. Maraqlananlar  məşhur kitabı huzurshop.ru saytı vasitəsilə əldə edə bilərlər.
Sultan Laçın
 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: