Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
romann

“Üzülmək mənasızdı” – Roman Qriqorçuk

“Bu gün “Maynts” bütün komponentlərdə bizdən üstün idi. Topla hərəkətləri əla idi, yüksək fiziki göstəriciləri var”.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Maynts”ı qəbul edən “qırmızı-qaralar” Bakıdan 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.

Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: “Oyundan əvvəl də demişdim ki, arxayınlaşmaq olmaz. Rəqib bu gün qladiator kimi döyüşdü. Mənim futbolçularım da əllərindən gələni etdilər. Oyundan sonra onları təriflədim. Məyus olmağa dəyməz. Qarşımızdakı rəqib “Maynts” idi. Yaxşı ki, bu cür oyunlar keçiririk və əsl gücümüzü bilirik. Belə oyunlar çox olmalıdı. Şəxsən mən uduzduğumuza görə üzülmürəm. Çünki üzülmək mənasızdı”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Qarabağ” darmadağın edildi

%d bloqqer bunu bəyənir: