Loading...
Loading...

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

Kənd sakini məruz qaldığı işgəncə barədə Ilham Əliyev və Ramil Usubova məktub yazıb

Azərbaycanda hüquq-mühafizə orqanlarında, o cümlədən polis idarələrində saxlanılan vətəndaşlara işgəncə verilməsinə dair məlumatlar vaxtaşırı yerli mətbuatla yanaşı, beynəlxalq təşkilatların hesabatlarında da yer alır. Polis idarələrində ara-sıra müəmmalı ölüm hadisələri də baş verir ki, rəsmilər həmin şəxslərin intihar etdiyini, zərərçəkmiş tərəf isə yaxınının polislər tərəfindən döyülüb öldürüldüyünü bildirir. Ismayıllı rayonunun Kürdmaşı kənd sakini Ağakərim Usubov rayon polis şöbəsində başına gətirilən müsibətlər barədə dövlət başçısı Ilham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova məktub yazıb. Məktubun surətini “Azadlıq”a da göndərən Ağakərim Usubov yazır:

“Bu il aprelin 13-də təxminən saat 21.00 radələrində kəndimizdə yerləşən çayxanada oturmuşdum. Mənimlə bərabər qardaşım uşaqları Mirzəli Rüfət, Usubov Cəmil, Usubov Raqub, Usubov Rahib də orada idi və birlikdə çay içirdik. Əvvəllər tanımadığım Şamaxı sakinləri də yol keçərkən oturduğumuz çayxanaya çay içmək üçün düşdülər. Bir qədər oturduqdan sonra mən onlardan ayrıldım. Sonradan eşitdim ki, çayxanadan bərk səs gəlir. Gedib gördüm ki, qardaşım uşaqları ilə həmin şamaxılılar dalaşırlar. Mübahisə barədə kimsə 102 xidmətinə məlumat vermişdi. Polisdən əməliyyat qrupu gələrək dalaşanları tutub şöbəyə apardı. Polis rəisi və istintaq bölməsinin rəisi Rasim Məmmədov da hadisə yerində idilər. Heç bir səbəb izah olunmadan, günahım olmadan məni terrorçu kimi tutub polis şöbəsinə apardılar. Əsl mərəkə bundan sonra baş verdi. Iki gün yarım məni təcridxanada yox, şöbənin zirzəmisində ac-susuz saxlayıb, mənə işgəncə verdilər. Polis əməkdaşı Vahid Məhərrəmov və Rasim Məmmədov tələb edirdi deyim ki, mən o adamları tanıyıram. Onlara bildirdim ki, məhkəmə qərarı olmadan məni qanunsuz saxlayırsız. Bundan sonra mənə dedilər ki, ”dur gəl, indi səni buraxacağıq”. Mən bunlarla bərabər çıxanda yanıma bir neçə polis gələrək, qoluma qandal vurmaq istədilər. Günahsız olduğumu dedim, hüquqlarımın tapdalandığını bildirdim. Bundan sonra məni məhkəməyə aparıb, orada heç nə soruşmadan, heç nəyi araşdırmadan sifarişlə mənə 12 sutka həbs cəzası verdilər. Polis şöbəsində saxlanıldığım iki sutka yarımı da çıxmadılar. Ümumilikdə məni 14 sutka yarım polis şöbəsində günahsız yerə saxladılar.

Sutkalıq həbsdə saxlanıldığım zaman istintaq bölməsinin rəisi Rasim Məmmədov bir neçə dəfə yanıma gəlib “neyləyim, sənə cinayət işi açım?” deyə soruşurdu. Hətta şamaxılılar da “Ağakərimin günahı yoxdu” desələr də, məni nahaqdan hədələyib, məndən pul tələb edirdilər. Məndən 5000 manat tələb olunurdu, axırda 3000 manata razılaşdıq. Oğluma xəbər göndərdim, ailə üzvlərimin qızıl-zinət əşyalarını girov qoyub o pulu toplayıb ödədi.

Mən YAP qurulan gündən onun üzvüyəm. Mən bunu polis şöbəsində deyəndə, YAP-ın ünvanına da nalayiq ifadələr işlətdilər.

Bütün bu baş verənlərdən möhkəm sarsıntı keçirdim, mənə qarşı qanunsuz hərəkətlər səhhətimdə ciddi izlər buraxıb.

Dövlət başçısından, Daxili işlər nazirindən, Baş prokurordan xahiş edirəm, baş verənlər araşdırılsın, vətəndaşlara qarşı azğın davrananlar cəzalandırılsın. Insanlarla qanun çərçivəsində deyil, cəngəllik qaydaları ilə davranırlar. Günlərin birində Ismayıllı polisində ölüm hadisəsi baş versə, onda mənim dediklərim öz təsdiqini tapacaq. Buna görə də nə qədər ki, belə bədbəxt hallar baş verməyib, vaxtında ölçü götürülsün. Pul almaq üçün günahsız adamlara olmazın işgəncələrini verirlər.

P.S. Qarşı tərəfin də mövqeyini də dərc etməyə hazırıq.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Uşaq qidasının içindən siçan leşi çıxdı – DƏHŞƏT

Loading...
%d bloqqer bunu bəyənir: