Loading...
Loading...

Uşağın başının altına yastıq qoymayın

Mütəxəssislərin fikrincə, iki yaşına qədər uşaqların başının altına yastıq qoyulmamalıdır. Türkiyəli pediatr Semra Akkuş Akman bunun ani körpə ölümlərinə gətirib çıxaracağını iddia edir. Yastıqdan istifadə körpənin yuxusuna çox əhəmiyyətli dərəcədə təsir edir.

Mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:

Həkim ilk növbədə bildirir ki, körpə böyütmək üsulları gələcəkdə yarana biləcək çətinliklərin qarşısını almaq üçün əhəmiyyətlidir. Bu dövrdə uşaq bədənindəki müəyyən bölgələr hələ inkişaf etməmiş olduğu üçün valideynlərin müşahidəsi və istiqamətləndirilməsi vacib yer tutur. Əsas məqamlardan biri körpələrin yuxu mühitidir. Yuxu mühitinə lazımlı diqqətin göstərilməsi həyati əhəmiyyət daşıyır: “Yeni doğulan körpənin həyatında yuxu önəmli yer tutur. Yuxu mühiti lazımlı fiziki şərtlər təmin edilərək keyfiyyətli hala gətirilməlidir. Körpənin yatdığı yer düz olmalıdır. Ətrafında təhlükə meydana gətirə biləcək materiallar olmamalıdır. Yalnız xüsusi hallarda körpənin başının yüksəldilməsinə ehtiyac duyula bilər. Məsələn, mədə reflüksü olan körpələr yatarkən yatağın baş tərəfi yüksəldilməlidir. Əks halda qida borusuna qayıdan qida boğulmaya səbəb ola bilər. Bu vəziyyətdə yastıq istifadə etmək əvəzinə, yatağın baş tərəfinə döşəyin altından hündürlük yaradan yumşaq bir obyekt qoyula bilər”.

2 yaşına qədər yastıq istifadə etməyin

Pediatr deyir ki, diqqət edilməli bir sıra məqamlar var. Məsələn, ani körpə ölümləri təhlükəsindən qorunmaq üçün uşaqlar kürək üstü yatırılmalıdır. Boğulma təhlükəsi nəzərə alınaraq, iki yaşına qədər uşaqların başının altına yastıq qoyulmamalıdır. Körpələrin boyun hissəsinin daha qısa olması bu ehtiyaca mane olar. Bundan başqa körpənin onurğa iliyi və boyun əzələlərinin inkişafı baxımından da yastıq istifadəsi edilməməlidir.

Yastıq ani körpə ölümü sindromu riskini artırır. Xüsusilə ilk bir ildə rast gəlinən bu sindrom riskini artıran faktorlardan biri yataqda yastıq, böyük oyuncaq kimi cisimlərin varlığıdır. Körpənin yastığın altına girərək ağzının və burnunun bağlanması boğulmağa səbəb ola bilər.

lent.az

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qarpız zəhərlənməsi zamanı nə edək? – HƏKİM MƏSLƏHƏTİ

Loading...
%d bloqqer bunu bəyənir: