Loading...
Loading...

Uşağı evtanaziya ilə öldürdülər

Belçikada ilk dəfə sağalmaz xəstəliyə yoluxan uşaq evtanaziya ilə həyatdan məhrum olunub.

Modern.az xəbər verir ki, ölkənin evtanaziya üzrə federal komissiyasının rəhbəri Vim Distelmans təfərrüatları açıqlamasa da, bunun müstəsna hal olduğunu vurğulayıb.

Onun sözlərinə görə, xoşbəxtlikdən uşaqlara qarşı evtanaziya tətbiqi çox azdır: “Ancaq bu o demək deyil ki, biz onların layiqincə həyatlarına son qoymaq haqqından imtina etməliyik”.

Belçika dünyada yeganə ölkədir ki, burada yetkinlik yaşına çatmayan insanlara ölümcül xəstəliyə yoluxanda həyatlarına son qoymaq tətbiq olunur.

Hollandiyada isə evtanaziya yaşı 12-yə çatan uşaqlara qarşı tətbiq olunur.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda Rusiya vətəndaşına qarşı 51 min dollarlıq dələduzluq edilib

%d bloqqer bunu bəyənir: