Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ürəyi, qaraciyəri və immun sistemini möhkəmləndirən – MÜALİCƏVİ DƏMLƏMƏ

Kasnı bitkisi xalq təbabətində çox geniş istifadə olunur. 24saat.org saglamolun.az-a istinadən bildirir ki, kasnı (rus dilində “sikoriy”) immun sistemini möhkəmləndirir, yüngül sidik və öd qovucu təsir edir, ürəyin və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır.

Müalicə məqsədi ilə adətən kasnı bitkisinin kökü istifadə olunur.

Kasnı kökü dəmləməsinin qəhvəyə oxşayan xoş dadı və ətri var. Əvvəllər kasnı kökü qəhvə əvəzedicisi kimi tez-tez istifadə olunurdu.
Kasnı Azərbaycanın hər yerində bitir. Bitkini özünüz yığıb sağlamlıq üçün istifadə edə bilərsiniz.
Rusiyalı kardioloq Sergey Tereşenko məqalələrinin birində kasnı kökü əsasında hazırlanmış ürək, qaraciyər və immunitet üçün faydalı olan dəmləmənin reseptini təqdim edib.
1 ç.q. kasnı kökü 1 stəkan qaynar suda dəmlənilir. Dəmləmə ilıq olanda süzülür, ona 1 ç.q. bal və 1 ç.q. limon şirəsi əlavə olunur. Bu müalicəvi içkini gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl içmək olar.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Daha bir şəhidimizin həyat yoldaşı üsyan etdi – Uşaqları nə ilə məktəbə yola salım?

%d bloqqer bunu bəyənir: