Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
yaddas.jpg

Unutqanlığı necə aradan qaldırmalı?

Gərgin və stressli həyat nəticəsində meydana gələn unutqanlığın ciddi narahatlıqlara çevrilməməsi üçün yaddaşın gücləndirilməsi lazımdır.

24saat.org deyerler.org-a istinadən bildirir ki, son illər ərzində “bu aralar yaman unutqan olmuşam ” və ya “unutdum” kəlmələrinə daha çox rastlaşılır. Xüsusilə gərgin və stressli həyatı olanlar və bir neçə işi birgə reallaşdırmağa çalışanlar gün ərzində bir sıra məsələlərdə unutqanlığa varırlar. Ancaq işləri nizamlı şəkildə reallaşdıra və irəlidə demans (50 yaşında sonrameydana gələn beynin bilgi,davranış ve gündelik həyat fəaliyyətində çatışmamazlıqla bağlı xəstəlik) kimi ciddi narahatlıqlarla qarşılaşmamaq üçün yaddaşı gücləndirmək lazımdır .

Nevrologiya mütəxəssisi doktor Emel Bilgin uşaqların, gənclərin, hətta yaşlıların belə hafizələrini qüvvətləndirilməsinin mümkünlüyünü söyləyib. “Stresli və gərgin keçən günlərdə bir sıra məsələlər unudula və gözdən qaça bilər. İnsanlar, ümumiyyətlə qapını kilidləyib kilidləmədiyini, qaz sobasını söndürüb söndürmədiyini, lazımi görüş vaxtlarını unuda bilirlər. Tiroit xəstəliyi və B12 vitaminin çatışmamazlığı nəticəsində unutqanlıq şikayətləri ortaya çıxa bilər. Ancaq unutqanlığın qarşısını almaq üçün bir sıra tədbirlər görmək olar “, – deyə həkim bildirib.

Bir çox araşdırma zamanı siqaretin yaddaş və ümumi təfəkkür prosesində zəifləməyə səbəb olduğu bildirilir. Siqaret istifadəsi eyni zamanda ağciyər narahatlıqlarından, ürək damar xəstəliklərinə qədər bir çox xəstəliyə də səbəb olur. Bu səbəblə siqaret istifadəsi tərk olunmalı və siqaret çəkilən mühitlərdən uzaq durmaq lazımdır . Əgər qidalanmağınızı da azaltsanız, beynin gücündə də azalma olar. Ac və ya həddindən artıq yorğun olanda özünüzu narahat hiss edərsiniz. Bunu nəzərə alaraq sağlam və doyumlu şəkildə qidalanmağa diqqət ayrılmalıdır. İntensiv məşq sağlam həyatın formalaşmasında iştirak edir. Bunun səbəbi isə məşq əsnasında beynə gedən oksigenin miqdarındakı artımdır. Həmçinin məşq əsnasında ifraz olunan hormonlar yeni beyin hüceyrələrinin yaradılmasını da təmin edir.

Araşdırmalar musiqi təhsili alan 6-8 yaş arasındakı uşaqların IQ-sinin ( beyinin zehni hərəkəti) həmyaşıdlarına nisbətən 2-3 dəfə yüksək olduğu göstərir. Ayrıca nizamlı olaraq klassik musiqi dinləyən insanlar, digər növ musiqi dinləyənlərə münasibətdə yaddaş testləri edərkən daha müvəffəqiyyətli olduqları müşahidə edilib. Stress sağlamlığa bir sıra mənfi təsirləri var. Araşdırmalar nəticəsində stressli hadisələrin yaddaşı yüklədiyi də müşahidə olunub .

Beyin inkişafına kömək etmək üçün zehninizi inkişaf etdirin. Beyin məşqi üçün edə biləcəyiniz bir çox şeylər var. İctimai həyatdan uzaqlaşmamaq , bilməcələr həll etmək, şahmat oynamaq və kitab oxumaq zehni inkişaf etdirən amillərdən sayılır. Əlavə bir dil öyrənmək və ya yeni bir Hobbi müəyyənləşdirmək də faydalıdır. Zehnin inkişafını artırmaq üçün edilən bu tədbirlərin nizamlı edilməsi daha fayda vericidir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Heyvadan öskürəyə qarşı TƏBİİ DƏRMAN

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: