Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
universitet-bakirelik

Universitetdə tələbələrdən bakirəlik testi tələb olunur

Universitetlərdə qadın tələbələrin bakirəliyinin yoxlanmalı olduğunu deyən misirli deputat məsxərəyə qoyulub.

Misirli Deputat Ilhamy Agina jurnalistlərə müsahibəsində deyib ki, bakirəlik universitetə qəbul şərtlərindən biri olmalıdır. Məlumatı “Frans Press” agentliyi yayıb.

“GÖRƏCƏK GÜNLƏRİMİZ VARMIŞ”
O iddia edir ki, bu qayda rəsmi toyla evlənməyə imkanı çatmayan misirli gənclər arasında yayılmış qeydiyyatsız “ənənəvi” nikah praktikasına son qoya bilər.

“Universitetə daxil olan hər bir qız bakirə olduğunu sübut etməkdən ötrü yoxlamadan keçməlidir”, – Agina Misirin “Youm 7” qəzetinə müsahibəsində belə deyib.

Onun bu fikirləri sosial mediada lağ və gülüş obyektinə çevrilib.

“Sizə deməmişdimmi ki, hələ quyunun dibinə çatmamışıq, qabaqda görəcək günlərimiz var?” – hüquqşünas, hüquq müdafiəçisi və dissident Gamal Eid “Twitter”də yazıb.

“Seks düşkünü olan parlament üzvümüz var”, liberal dissident və jurnalist Khaled Dawoud yazıb.

MEDİANI BOYKOT EDİB
Agina cümə günü bildirib ki, onun sözləri yanlış yozulub. O, medianı boykot etdiyini söyləyib.

“Adamlar dünəndən bəri mənə hücum edirlər. Onlar qəzəblidirlər… Qərara gəlmişəm mediaya baş qoşmayım. Mən tələb etməmişəm, təklif etmişəm. Tələblə təklif arasında böyük fərq var” -deyə deputat əlavə edib.

Onun sözlərinə görə, “Youm 7” qəzeti ondan ənənəvi nikahlara son qoyulmasında dövlətin rolu barədə soruşub, o da bakirəlik yoxlamasını təklif edib

“TƏKLİF İDİ”
“Mən dedim ki, hökumətin qızdan, ya da kişidən ənənəvi nikaha girib-girmədiyini soruşmağa ixtiyarı yoxdur. Ancaq bəlkə, bəlkə… Bu, sadəcə, təklif idi. Tətbiq oluna da bilər, olunmaya da. Hökumət narkotik və bakirəlik yoxlamasını aparmağı universitet xəstəxanalarına tapşıra bilər”, deyə deputat bildirib.

“Sonra universitet tələbənin valideynlərinə deyə bilər”, deyə o əlavə edib.
Agina daha öncə də ziddiyyətli fikirlər səsləndirib.

O, qadın sünnətini dəstəklədiyini demişdi. Misirdə bu ənənə artıq qeyri-qanuni olsa da, hələ də yayğındır.

“Biz ereksiya disfunksiyası olan bir xalqıq. Əgər qadın sünnətinə son qoysaq, onda bizə daha güclü kişilər lazım olacaq”, – Misir parlamentinin deputatı demişdi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda müəllim şagirdi döyüb, valideyn polisə şikayət edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: