Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Universitetdə baş verən neqativ proseslərdə iki nazirliyin adı hallanır

Gəncə Dövlət Universitetindən (GDU) şikayətlərin ardı-arası kəsilmir.

Bu günlərdə Universitetdə keçirilən yeni dekan seçkilərindən sonra isə burada gərginlik pik həddinə çatıb. Belə ki, adı mətbuatda böyük rüşvət qalmaqallarında hallanan GDU bu dəfə vəzifə savaşına meydan olub.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, Fizika fakültəsinin dekanı İldırım Qasımov son dekan seçkilərində vəzifəsini həmkarı Muğan Quliyevə uduzub. Bununla barışmaq istəməyən sabiq dekan Universitetdə öz ətrafını rektor Yusif Yusibov və yeni dekanın əleyhinə qaldırmaqla böyük gərginlik yaradıb.

Həm yeni, həm də köhnə dekanın adı mətbuatda müxtəlif korrupsiya faktlarında hallansa da, İldırım Qasımovun son vaxtlar adının daha çox hallanması rektorun onun namizədliyi üzərində dayanmamasına səbəb olub.

Bizə ötürülən informasiyanı əhəmiyyətli edən məqam isə, bu proseslərin əslində rektor səviyyəsində deyil, kənardan idarə olunmasıdır.

Mənbə iddia edir ki, Gəncə Dövlət Universitetini və burada baş verən istənilən kadr dəyişikliyini Təhsil Nazirinin müavini Ceyhun Bayramov idarə edir. Rektor Yusif Yusibov da məhz onun kadrıdır. Belə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin xərclənməsinə nəzarət funksiyasını həyata keçirən məsul şəxsdir. Ceyhun Bayramovun qardaşı Azər Bayramov da Maliyyə Nazirliyində müavin vəzifəsində çalışır.

Ümumiyyətlə, Bayramov qardaşlarının bir çox Dövlət universitetlərində son illərdə baş tutan kadr dəyişiklərində, habelə bu ali təhsil ocaqlarına ayrılan dövlət vəsaitlərinin xərclənməsi yönündə oynadıqları rol barədə də mənbə maraqlı məqamlara toxunub. Bu barədə müəyyən dəqiqləşdirmələr apardıqdan sonra ayrıca araşdırma dərc edəcəyik.

GDU-ya gəldikdə isə, hazırda imtahan “bazarlığı”nın ən qızğın çağında rektor dekan qalmqalından başını itirmiş durumdadır və hətta hazırda vəziyyət onun nəzaratindən çıxmış kimi görünür.

Rektor haqqında daxil olan daha bir şok məlumat isə onun bir müddət əvvəl döyülməsi haqqındadır. Olayın təfərrüatları haqqında bizə məlumat verilsə də, hazırda yazdığımız mövzuya aidiyyatı olmadığına görə, bunu ayrıca işıqlandırmaq daha məqsədə uyğun olar.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Xalq artistinin nəvəsinin ölümündən xəbəri yoxdu

%d bloqqer bunu bəyənir: