Universitetə qəbul olanların nəzərinə

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatına ayrılan müddət avqustun 25-də saat 17:00-da başa çatacaq.

Abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir. Bu il ali təhsil müəssisələrinə 34 min 224 nəfər qəbul olunub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqə nəticəsində isə 553 abituriyent tələbə adını qazanıb.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

“Ən xoş vaxtım metroda keçir”

%d bloqqer bunu bəyənir: