Loading...
Loading...

UNEC Elmi Şurasının daimi komissiyaları yaradılıb…

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi Şurasının daimi komissiyaları yaradılıb. Daimi komissiyaların yaradılmasında məqsəd Elmi Şuranın işinin səmərəliliyini artırmaq, qərarların hazırlanmasında yüksək ixtisaslı mütəxəssislərin geniş dairəsinin iştirakını təmin etməkdir.

Elmi Şurada beş daimi  komissiya fəaliyyət göstərəcək. Bunlar Təhsil və elmin vəhdəti, Sosial məsələlər, Attestasiya, Əmək bazarı ilə əməkdaşlıq və Təhsilalanlarla iş üzrə komissiyalardır.
Daimi komissiyaların qarşısında duran əsas məsələlər Elmi Şura iclaslarına çıxarılan məsələlərin, yaranan vəziyyətin təhlili, təkliflər, tövsiyələr və tədbirlər, Elmi Şura qərarlarının yerinə yetirilmə müddəti və qərarın yerinə yetirilməsi üçün məsul şəxslərin göstərilməsi ilə qərar layihələrinin hazırlanması da daxil olmaqla, öncədən nəzərdən keçirilməsindən ibarətdir. Şura iclaslarına çıxarılan məsələlər bir qayda olaraq əvvəlcə müvafiq komissiyalar tərəfindən nəzərdən keçiriləcək.
Daimi komissiyanın tərkibi Elmi Şura sədrinin və ya Elmi Şura Komissiyaları sədrlərinin təqdimatı əsasında dəyişilə bilər. Yeni daimi komissiyalar yaradıla, əvvəlkilər ləğv edilə və ya yenidən təşkil oluna bilər. Daimi komissiya tədris ili üçün qəbul edilən və Elmi Şura sədrinin təsdiq etdiyi plana müvafiq işləyəcək. Komissiyanın iclasları adətən ayda bir dəfədən az olmayaraq keçiləcək. Daimi komissiyalar işinə nəzarəti Elmi Şuranın sədri həyata keçirir.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Bəşəri dəyərlər orta əsr barbar nostalgiyasına qurban verilib”

%d bloqqer bunu bəyənir: