Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ümid Partiyasının sədr müavini istefa verdi

Ümid Partiyasının sədr müavini Həcər Abbaslı vəzifəsindən və partiyadan istefa verib.

Bu barədə APA-ya H. Abbaslı özü məlumat verib. O bildirib ki, istefasına səbəb partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, idarəçiliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümum komanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması olub. H. Abbaslı deputatlığa namizədliyini irəli sürməsinə partiya sədri İqbal Ağazadənin mane olduğunu qeyd edib: “İstefama səbəblərdən ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016-cı il 18 iyun təkrar seçkilərində iştirak etmək qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən gizlin irəli sürməsi olub. Bəyan edirəm ki , bu gündən müxalif partiya imitasiyasında cəmiyyətimizdəki demokratik inkişaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İlqar Məmmədov hələ də Şəki təcridxanasında saxlanılır

%d bloqqer bunu bəyənir: