Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ümid Partiyası elektrik enerjisinin son qiymət artımı ilə bağlı bəyanat yaydı

İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Bir kilovat-saat elektrik enerjisinin pərakəndə satış tarifi 16 % artırılıb.
Ümid Partiyası bəyan edir ki, elektrik enerjisinin qiymətinin artırılması digər yeyinti və sənaye mallarının qiymətinin artmasına da təsir edəcək. Devalivasiyanın baş verdiyi, maaşlarla qiymətlərin uzlaşmadığı, ərzağın qiymətlərinin artdığı bir zamanda bu qiymət artımı onsuzda vəziyyəti ağır olan aztəminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.
Partiya hesab edir ki, bu əhalini cibinə girməkdir. Budcə kəsirini əhalinin hesabına aradan qaldırmağa hesablanmış bir addımdır.
Partiya Tarif Şurasını elektirik enerjisini qiymətinə yenidən baxmağa, qiymət artımındansa onun maya dəyərini aşağı salmağa çağırır və bildirir ki, dünya standarları ilə müqayisədə Azərbaycanda  bir kilovat-saat enerjinin alınmasına iki dəfədən artıq xərc çəkilir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bakıda biabırçı hadisə: Bacısının əməliyyat pulunu futbolda uduzdu – FOTO

%d bloqqer bunu bəyənir: