Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ukraynadan Türkiyəyə uçan təyyarədə bomba həyəcanı

Xarkov-İstanbul reysi təyyarə göyərtəsində bomba olması xəbərdarlığı ilə təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, 128 sərnişin təxliyyə plunub və hazırda hüquq-mühafizə orqanları təyyarə və Xarkov hava limanında yoxlama aparırlar.

“Bu gün saat 03:30-da hava limanının administrasiyasına naməlum şəxs zəng edib və təyyarələrdən birində partlayıcı qurğu olduğunu deyib. Bu məlumata görə, Xarkov-İstanbul reysi təxirə salınıb” – deyə Xalkov vilayətinin milli polisinin məlumatında deyilir.

Polisin məlumatına görə, bütün sərnişinlər təxliyə olunub, mühafizə orqanları təyyarəni və baqajı yoxlayır, hadisə şahidlərini sorğu-sual edirlər.

Xarkovdan İstanbula sonuncu təyyarə bu gün saat 08:28 havaya qalxıb.

xatırladaq ki, oxşar hadisə ötən gün Türkiyədə qeydə alınıb. Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində bomba həyəcanı yaşanıb.

Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.

Bundan sonra sərnişinlər təyyarədən təxliyyə edilib. Təhlükəsizlik xidməti əməkdaşları təyyarədə axtarış aparsalar da şübhəli heç nə aşkar etməyiblər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ABŞ kürd silahlı qruplaşmaları ilə işbirliyindədir

%d bloqqer bunu bəyənir: