Ukraynada İŞİD düşərgələri var?

Krım yarımadasının şimal sərhədlərində, Ukraynanın Xerson vilayətinin cənubunda İŞİD terror təşkilatının təlim düşərgələri açılıb.

 

Publika.az bildirir ki, bunu Krımın “baş nazirinin müavini” Ruslan Balbek deyib.

“Bizə Ukraynanın Xerson vilayətində təlim düşərgələrinin olduğu məlumdur. Düşərgələrdə İŞİD tərəfdarlarını hazırlayırlar”, – o, Fransa parlamentinin üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisində yerləşən atom elektrik stansiyaları radikallar vasitəsilə Kiyev hakimiyyətinin şantaj obyekti ola bilər: “Hansı ki, bu həm Avropa, həm də Rusiya üçün təhlükəsizlik məsələlərini ortaya çıxarır”.

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

Olimpiadanın keçiriləcəyi yerdə şok mənzərə – Fotolar

%d bloqqer bunu bəyənir: