Now Reading:
Ukraynada ermənilər azərbaycanlılara hücum edib
Full Article 50 second read

Ukraynada ermənilər azərbaycanlılara hücum edib



Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.

Hadisə bu gün yerli vaxtla saat 16:00-da baş verib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Rəcəbov və qardaşı Məhərrəm Rəcəbova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.

Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər. Hadisə zamanı M.Rəcəbov onların əlindən xilas olaraq azərbaycanlı həmyaşıdlarının olduğu digər dükana keçib və bu zaman yenidən kütləvi dava düşüb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və 6 azərbaycanlı gəncə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışı da elan edilib. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: